Accessibility links

Blinken: İnsan haqları 'yanlış istiqamətə' doğru gedir


Blinken: İnsan haqları 'yanlış istiqamətə' doğru gedir
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Dövlət Departamenti çərşənbə axşamı dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Hesabatda ölkələrin vətəndaşlarına seçki məntəqəsindən tutmuş iş yerlərinə kimi necə rəftar etdiyi təhlil olunub.

2020-ci ildə hələ də çox sayda insan zorakı insan haqları şəraiti altında əziyyət çəkməyə davam edib. Bu, Dövlət Departamentinin dünya ölkələrində hökumətlərin insanlara rəftarı ilə bağlı illik hesabatının çıxardığı nəticədir.

“Bu gün açıqlanan hesabat göstərir ki, insan haqları sahəsindəki tendensiya yanlış istiqamətə doğru gedir. Biz bunun dünyanın hər bir regionunda baş verdiyinə dair dəlillər görürük,” ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Blinken Çin hökumətinin dini və etnik azlıq qruplara qarşı rəftarını “soyqırım” adlandırıb.

Hesabatda Rusiya və Belarus kimi yerlərdə jurnalist və tənqidçilərə qarşı zorakılıqların olduğu və onların həbs edildiyi bildirilir. Human Rights Watch təşkilatının Vaşinqton ofisinin direktoru Sara Holevinski deyir ki, hesabat administrasiyanın xarici siyasətində dəyişikliyi vurğulayır.

“İnsan haqları pozuntusu ifadəsinin lüğətdəki izahatı İrandakı vəziyyətə işarə edir və mən düşünürəm ki, bu administrasiya xüsusilə də bu pozuntuları tənqid etməkdə maraqlıdır,” o bildirir.

Blinken həmçinin Myanmada Aunq San Suu Çinin Milli Demokartiya Liqası partiyasının noyabrda seçkidə qalib gəlməsindən sonra baş verən hərbi çevrilişdən sonrakı zorakılıqları qeyd edib. Holevinski bu hesabatdakı hesabatlılığın qurbanlara ləyaqət verdiyini söyləyir.

“Ölkələrin siyasətlərini formalaşdırmaq üçün bu cür insan haqları hesabatlarından istifadə etməsi o deməkdir ki, insan haqları məsələsi aktualdır,” Sara Holevinski söyləyib.

Holevinski deyir ki, siyasətin formalaşdırılmasına bu cür yanaşma bir ölkənin başqa bir ölkəyə müharibə silahı göndərmək qərarına təsir göstərə bilər.

XS
SM
MD
LG