Accessibility links

Blinken İranın qaçırmağa çalışdığı jurnalistlə danışıb


ABŞ Dövlət katibi Antoni Blinken qaçırılmanın hədəfində olan iranlı-amerikalı jurnalistin "böyük bir cəsarət göstərdiyini" deyib.

Blinken bazar ertəsi yazdığı tvitində Amerikanın Səsinin Fars xidmətinin TV aparıcısı və İran hökumətinin açıq tənqidçisi Məsih Əlinejad ilə “yaxşı söhbət” etdiyini bildirib.

"ABŞ-ın dünyadakı müstəqil jurnalistlərin əvəzolunmaz işlərini hər zaman dəstəkləyəcəyini təsdiqlədim. Biz onları qorxutmaq və ya səslərini boğmaq səylərinə dözüm nümayiş etdirməyəcəyik" - deyə, Blinken bildirib.

Əlinejad Blinkenlə 15 dəqiqə ərzində danışdıqlarını və İranın onu ABŞ torpaqlarından qaçıracağı fikrinin ABŞ-ın ən yüksək diplomatı tərəfindən "xüsususilə qəribə" qarşılandığını bildirib.

Daha sonra Əlinejad yazdığı tvitində bildirib ki, "Dövlət katibi Blinken Bayden administrasiyasının İslam Respublikası tərəfindən gələn təhdidlərə çox ciddi yanaşdığını və Tehran rejiminin ABŞ və Avropadakı müxalifəti necə hədəf aldığdan xəbərdar olduğunu deyib".

Keçən həftə ABŞ-ın Ədliyyə Nazirliyi Nyu-York federal məhkəməsinin “İranda və dünyadakı ictimai fikri boğmaq üçün bruklinli bir jurnalist və insan haqları fəalını qaçırma planında iştirak etməkdə günahlandırılan beş İran vətəndaşını ittiham edən bir iddianamə" açıqlayıb. Lakin nazirlik İranın hədəfində kimin olduğunu bildirməyib.

Daha sonra Əlinejad sosial media vasitəsi il hədəf alınan şəxs olduğunu bildirmişdi.

İran Xarici işlər naziri Səid Xətibzadə isə ABŞ-ın iddalarını rədd edib. O, İran dövlət mediasının yayımladığı şərhdə bunun “cavaba layiq olmayan əsassız və gülünc ittiham” olduğunu deyib.


XS
SM
MD
LG