Accessibility links

Blinken Meksika prezidenti ilə qeyri-qanuni immiqrasiya məsələsini müzakirə edəcək


ABŞ dövlət katibi Antoni Blinken
ABŞ dövlət katibi Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken qeyri-qanuni immiqrasiya məsələsini müzakirə etmək üçün çərşənbə günü Mexikoya səfər edəcək.

Blinken Mexikoda prezident Andres Manuel Lopez Obradorla görüşdə daxili təhlükəsizlik naziri Alehandro Mayorkas və Ağ Evin daxili təhlükəsizlik müşaviri Liz Şervudd-Randalla bir araya gələcək.

"Dövlət katibi Blinken Qərb yarımkürəsində görünməmiş qeyri-qanuni miqrasiyanı müzakirə edəcək və ortaq sərhədimizdə əsas giriş məntəqələrinin yenidən açılmasına imkan verəcək tədbirlər də daxil olmaqla, Birləşmiş Ştatlar və Meksikanın sərhəd təhlükəsizliyi problemlərinin həlli yollarını axtaracaq" - deyə, Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

O qeyd edib ki, Blinken "bölgədəki tərəfdaşların hüquqi yollara və əlavə icra tədbirlərinə təcili ehtiyac olduğunu" vurğulayacaq.

Səfər Mərkəzi Amerika, Venesuela, Kuba və Haitidən olan təxminən 7000 miqrantın Meksikanın cənub sərhədindən şimalda ABŞ-a doğru irəliləməsindən sonra edilir.

Bu, 2022-ci ilin iyunundan bəri ən böyük axınlardan biri olub.

Forum

XS
SM
MD
LG