Accessibility links

Blinken İndoneziyaya səfər edir


ABŞ dövlət katibi Antoni Blinken Cakartada səfərdədir. Onun İndineziyaya 48 saatlıq səfərinin məqsədi ölkə liderləri ilə ABŞ-İndoneziya əməkdaşlığı və Bayden administrasiyasının regionla bağlı daha geniş siyasi məqsədlərini müzakirə etməkdir.

Bu həftə Cənub-Şərqi Asiyanın üç ölkəsinə səfər edən Blinken bazar ertəsi ilk dayanacağı İndoneziyada prezidenti Coko Vidodo ilə görüşüb.

Dövlət Departamentinin sözçüsü Ned Prays Blinken və Vidodonun ABŞ-İndoneziya münasibətlərini inkişaf etdirmək yollarını, həmçinin “demokratiya və insan haqları, iqlim böhranı və COVID-19 pandemiyasına qarşı çağırışları” müzakirə etdiklərini bildirib.

"Blinken prezidenti İndoneziyanın G-20-yə sədrliyi münasibətilə təbrik edib və İndoneziyanın Hind-Sakit Okean regionunda dünyanın üçüncü ən böyük Demokratiyası və qaydalara əsaslanan beynəlxalq nizamnaməyə əməl edən tərəfdaşı olduğunu deyib.

Blinken müttəfiqlərlə əlaqələri gücləndirmək və Cənubi Çin dənizində naviqasiya azadlığını təşviq etmək məqsədilə yaxın günlərdə Malayziya və Tailanda da səfər etməyi planlaşdırır.

Çinin Cənubi Çin dənizindəki fəaliyyəti gərginliklərə səbəb olub. Belə ki, Çin Honq-Konqdan Borneoya qədər uzanan, sərvətlərlə zəngin dənizin suverenliyi uğrunda Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnamla rəqabət aparır.

Çərşənbə axşamı Blinkenin Cakartada administrasiyasının Hind-Sakit Okean regionuna yanaşması ilə bağlı çıxışı planlaşdırılır.

İndoneziya, Malayziya və Tailand ASEAN-ın Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası üzvləridir.

XS
SM
MD
LG