Accessibility links

Blinken: ABŞ Hind-Sakit Okean regionunun müdafiəsi üçün müttəfiqlərlə çalışacaq


ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı deyib ki, Birləşmiş Ştatlar azad və açıq Hind-Sakit Okean regionunun müdafiəsi və irəliləməsi üçün müttəfiqlərlə çalışacaq.

İndoneziyaya səfəri zamanı Blinken artmaqda olan təhdidlərə qarşı ən böyük gücün digər ölkələrlə birgə işləmək olduğunu deyib. O, ABŞ-ın insanların və ölkələrin öz gələcəyi və tərəfdaşları ilə bağlı qərar vermək azadlığını təmin etmək istədiyini bildirib.

“Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla bütün milli güc alətlərimizi - diplomatiya, hərbi, kəşfiyyat alətlərini daha sıx birləşdirən bir strategiya qəbul edəcəyik” - deyə, Blinken bildirib.

Blinken ABŞ-ın Cənubi Çin dənizində naviqasiya azadlığına sadiqliyini bir daha təkrarlayıb. O, Çinin tətdidedici əməllərinin hər il bu ərazidən 3 trilyon dollarlıq məhsulların daşınmasına mane olduğunu bildirib.

Çinin Cənubi Çin dənizindəki fəaliyyəti gərginliklərə səbəb olub. Belə ki, Çin Honq-Konqdan Borneoya qədər uzanan, sərvətlərlə zəngin dənizin suverenliyi uğrunda Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnamla rəqabət aparır.

Blinken deyib ki, “qaydaları müdafiə etmək heç bir ölkəni alçaltmaq demək deyil” və Birləşmiş Ştatlar regionda münaqişə yaratmaq istəmir.

O, həmçinin Hind-Sakit Okean regionunda ədalətli ticarətin təşviqi, inklüziv inkişafa meydan oxuyan infrastruktur çatışmazlıqlarının aradan qaldırılması, COVID-19 pandemiyası və yeni iş yerlərinə sərmayə qoymaqla iqlim dəyişikliyi kimi problemlərin həlli məsələlərini müzakirə edib.

XS
SM
MD
LG