Accessibility links

ABŞ Dövlət katibi İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpası ilə bağlı nikbinliyini ifadə edib


ABŞ Dövlət katibi Antoni Blinken
ABŞ Dövlət katibi Antoni Blinken

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin bərpası ilə bağlı nikbinliyini bildirib.

Efiopiyada səfərdə olan Blinken Əddis-Əbəbə Universitetində keçirilən mətbuat konfransı zamanı "Əgər bu saziş həqiqətən özünü doğrultsa və xüsusən də İran öz üzərinə götürdüyü öhdəliklərə əməl etsə, bu, müsbət hal olardı" deyib.

"Bizim nöqteyi-nəzərimizə görə, gərginliyi azaltmağa, münaqişədən qaçmağa, İranın təhlükəli və ya sabitliyi pozan hərəkətlərini cilovlaya bilən hər addım yaxşıdır" - deyə, Blinken əlavə edib.

ABŞ-ın yüksək səviyyəli diplomatı Çinin razılaşmanın asanlaşdırılmasındakı rolunu qeyd edərək, "bu, yaxşı işdir" deyib.

"Düşünürəm ki, ölkələrin hərəkətə keçə bilməsi, təhlükəsizliyin inkişaf etdirilməsi, dinc münasibətlərin inkişafı üçün məsuliyyət daşıması çox dəyərlidir" - deyə, Blinken əlavə edib.

Razılaşmanın keçən həftə elan edilməsindən sonra Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlərə deyib ki, bu saziş regionda, xüsusilə də Yəməndə uzun münaqişə illərində qarşı tərəfə dəstək verən iki ölkə arasında gərginliyi azaltmağa yardım edə bilər.

"Biz Yəməndəki müharibənin dayandırılmasına və Yaxın Şərq regionunda gərginliyin azaldılmasına yardım etmək üçün istənilən səyləri alqışlayırıq" - deyə, Jan-Pyer bildirib.

.


.
U.S. Secretary of State Antony Blinken expressed optimism Wednesday about the re-establishment of relations between Iran and Saudi Arabia.

“If this agreement actually bears out, and particularly if Iran follows through on the commitments that it’s apparently made, again, that would be positive,” Blinken said during a news conference at Addis Ababa University during a visit to Ethiopia.

“From our perspective, anything that can help reduce tensions, avoid conflict, and curb in any way dangerous or destabilizing actions by Iran is a good thing,” Blinken added.

The top U.S. diplomat noted China’s role in facilitating the agreement, saying, “that’s a good thing.”

“I think it’s valuable that countries, where they can, take action, take responsibility for advancing security, for advancing peaceful relations,” he said.

After the agreement was announced last week, White House press secretary Karine Jean-Pierre told reporters the deal could help reduce tension in the region, especially in Yemen, where the two countries have supported opposing sides during years of conflict.

“We welcome any efforts to help end the war in Yemen and deescalate tensions in the Middle East region,” Jean-Pierre said.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG