Accessibility links

Blinken Latviya və İsveçdə keçiriləcək görüşlərdə Avropada təhlükəsizlik məsələlərini müzakirə edəcək


ABŞ Dövlət katibi Antoni Blinken növbəti həftənin əvvəlində Latviya və İsveçə səfər edərək, NATO və ATƏT xarici işlər nazirlərinin sammitlərində iştirak edəcək. Bu barədə cümə günü Dövlət Departamentinin yaydığı məlumatda deyilir.

Blinken bazar ertəsi noyabrın 29-da Riqaya uçacaq. Latviya paytaxtında onun prezident Egils Levits, baş nazir Krisjanis Karins və xarici işlər naziri Edqars Rinkeviçslə görüşləri planlaşdırılır. Görüş zamanı tərəflərin “Latviya və ABŞ arasında güclü tərəfdaşlığı vurğulayacağı” gözlənilir.

Dövlət katibi Riqada olduğu zaman həmçinin NATO həmkarları ilə ikitərəfli danışıqlar aparacaq və “Şimali Atlantik alyans üçün mərkəzi əhəmiyyət kəsb edən məsələlər və transatlantik ittifaqın təhlükəsizliyi” məsələləri ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr aparmaq üçün alyansın xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Noyabrın 25-də Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis Reuters agentliyinə müsahibəsində deyib ki, gələn həftə Latviyanın paytaxtında toplaşacaq NATO ölkələrinin xarici işlər nazirləri digər məsələlərlə yanaşı, Rusiyanın qarşısını almaq və alyansın sərhədlərini gücləndirmək yollarını tapmağa çalışacaqlar. Landsbergis deyib ki, Riqada keçiriləcək görüşdə Rusiya tərəfindən təhlükə məsələsi əsas diqqət mərkəzində olacaq.

Dekabrın 1-də Blinken Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının iclasında iştirak etmək üçün Stokholma gedəcək. Görüş iştirakçılarının əsas diqqətinin Avropa və Avrasiyada təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcəyi gözlənilir. Dövlət Departamentinin bildirdiyinə görə, Dövlət katibi həmçinin İsveç liderləri ilə də görüşlər keçirəcək və onlarla “ABŞ-İsveç münasibətlərinin hazırkı vəziyyətini və ümumi məqsədlərə nail olmaq üçün birgə işləri” müzakirə edəcək”.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG