Accessibility links

Blinken Ukrayna ölkənin şərqində Rusiyanın təhdidi ilə qarşı-qarşıya olduğu vaxt Kyivə elan edilməmiş səfər edib


Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı Kyivdə ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqlara ev sahibliyi edərkən ABŞ-a “həlledici yardım paketi” adlandırdığı yardıma görə təşəkkür edib.

Blinken ABŞ rəsmilərinin “güclü etimad mesajı” adlandırdığı dəstəyi çatdırmaq üçün ölkəyə bir neçə saat əvvəl elan edilməmiş səfərlə gəlib. Səfər Ukrayna qüvvələrinin ölkənin şərqində Rusiya hərbi qüvvələrinin şiddətli hücumları ilə üzləşdiyi və Ukraynanın yeni silah çatdırmalarını gözlədiyi bir vaxta təsadüf edir.

Zelenski Blinkenə səfərinin “ölkəmizin şərqi üçün çətin bir dövrdə” baş tutduğunu bildirib.

Son bir həftə ərzində Rusiya Ukraynanın şimal-şərqindəki Xarkiv vilayətinə hücumlarını intensivləşdirib.

Zelenski Blinkenlə ABŞ-ın Ukraynaya yeni yardımının mümkün qədər tez alınmasını, həmçinin Ukraynanın Xarkivi müdafiə etmək üçün Patriot raket sistemlərini təmin edə biləcəyi ümidi də daxil olmaqla, Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə edəcəyini bildirib.

Blinken bildirib ki, Birləşmiş Ştatlar digər Ukraynanın tərəfdaşları ilə birlikdə Ukraynanın Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizədə uğur qazanmaq üçün lazım olan hər şeyə malik olmasını təmin etmək öhdəliyinə sadiqdir.

"Biz bunun çətin bir zaman olduğunu bilirik, lakin yaxın gələcəkdə yardımın artıq yolda olduğunu da bilirik. Bunun bir hissəsi artıq gəlib, daha çox hissəsi gələcək və bu, döyüş meydanında Rusiyanın davam edən təcavüzünə qarşı real fərq yaradacaq", Blinken qeyd edib.

Blinkenin səfərinə həmçinin baş nazir Denis Şmıhal və xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar və Kyivdə çıxış daxildir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller verdiyi açıqlamada Blinkenin "döyüş əməliyyatlarının gedişatı, ABŞ-ın yeni təhlükəsizlik və iqtisadi yardımının təsiri, uzunmüddətli təhlükəsizlik və digər öhdəlikləri və Ukraynanın iqtisadi dirçəlişini dəstəkləmək üçün davam edən işləri müzakirə edəcəyini" bildirib.

Birləşmiş Ştatlar cümə günü Ukraynanın müharibə səylərinə 400 milyon dollarlıq silah və avadanlıq paketi şəklində verdiyi son töhfəni açıqlayıb.

Ağ Ev bazar ertəsi bildirib ki, Rusiyanın Xarkiv vilayətində qurudan hücumuna qarşı mübarizə aparmaq üçün Ukraynaya silah çatdırmaq üçün “hər şeyi” edir.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə bildirib ki, "həm özümüz, həm də müttəfiqlərimiz mümkün olan hər şeyi edirik" və əlavə edib ki, yeni silah paketi "yaxın günlərdə" elan olunacaq.

Forum

XS
SM
MD
LG