Accessibility links

ABŞ dövlət katibi iqtisadiyyatla bağlı danışıqlar üçün Meksikaya gedir


ABŞ Dövlət katibi Antoni Blinken və yüksək rütbəli ticarət rəsmiləri immiqrasiya və digər məsələlərə görə pozulmuş əlaqələri bərpa etmək məqsədi ilə iqtisadi danışıqlar aparmaq üçün bazar ertəsi Meksikaya yola düşür.

"Yüksək səviyyəli İqtisadi Dialoqdan əlavə, dövlət katibi Blinken ikitərəfli iqtisadi əlaqələri və qeyri-qanuni miqrasiya və fentanil qaçaqmalçılığının dayandırılması kimi digər ortaq siyasət prioritetlərini müzakirə etmək üçün prezident (Andres Manuel) Lopez Obrador və xarici işlər naziri (Marselo) Ebrardla görüşməyi planlaşdırır" - deyə, Dövlət Departamentinin Latın Amerikası üzrə yüksək səviyyəli rəsmisi Brayan Nikols bildirib.

Ticarət naziri Cina Raimondo və müavini ABŞ Ticarət Nümayəndəliyinin direktor müavini Ceymi Uayt da ABŞ nümayəndə heyəti arasındadır.

Meksika davamlı olaraq Birləşmiş Ştatların üç ən böyük ticarət tərəfdaşı sırasındadır. Koronavirus pandemiyasından əvvəl, 2020-ci ildə isə Meksika ABŞ-ın ikinci ən böyük ixrac bazarı olub.

Blinkenin Lopez Obradorla Mexikoda görüşü ABŞ-da görüşdən iki ay sonraya təsadüf edir. Prezident Co Bayden Ağ Evdə Meksika Prezidenti ilə görüşüb və iki qonşunun münasibətlərinin yenidən qurulmasının gərək olduğunu deyib.

Danışıqlara Kuba, Nikaraqua və Venesuela liderləri dəvət olunmadığı üçün iyun ayında Lopez Obrador ABŞ-ın ev sahibliyi etdiyi Amerika sammitini boykot etmişdi. Sammitin məqsədi demokratiyanın təşviqi və miqrasiya da daxil olmaqla, problemlərin həlli idi.

ABŞ rəsmiləri ABŞ-Meksika sərhədini keçən qeyri-qanuni mühacirlərin axınının ölkədə gərginlik yaratdığını deyib. Son aylar Texas ştatı minlərlə miqrantı avtobusla Nyu-York və Vaşinqtona göndərib və bu addımın çətin vəziyyətdə olan sərhəd icmalarını rahatlaşdırmaq üçün atıldığını bildirib.

ABŞ-la Meksika arasında enerji siyasəti ilə bağlı ziddiyyətlər mövcuddur. Birləşmiş Ştatlar Meksika hökumətinin öz dövləti tərəfindən idarə olunan enerji şirkətlərinə dəstəyini şübhə altına alıb, bunun ticarət paktını pozduğunu və Amerika şirkətlərinin Meksikada rəqabət qabiliyyətini məhdudlaşdırdığını bildirib.

Meksikanın xarici işlər naziri Ebrard enerji siyasətinin bazar ertəsi danışıqlarının gündəmində olmadığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG