Accessibility links

Blinken NATO müttəfiqləri ilə görüşür


ABŞ Dövlət Katibi Entoni Blinken NATO qüvvələrinin Əfqanıstandan geri qaytarılmasının vaxtının gəldiyini bildirib.

Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə danışan Blinken “qarşımıza qoyduğumuz hədəflərə çatdıq” deyib.

"Qüvvələrimizin Əfqanıstandan etibarlı, düşünülmüş və koordinasiya olunmuş şəkildə çıxarılması üzərində bir neçə həftə və aylar ərzində çox yaxından çalışacağıq. Ancaq bunu etsək də, Əfqanıstan, onun gələcəyi ilə bağlı öhdəliyimiz qalacaq" - deyə, o qeyd edib.

Blinken çərşənbə günü Stoltenberq, ABŞ Müdafiə naziri Lloyd Ostin, Almaniya Xarici İşlər Naziri Heyko Maas, İtaliya Xarici İşlər Naziri Luici Di Mayo, Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu və Britaniyanın Xarici İşlər Naziri Dominik Raab ilə danışıqlardan əvvəl açıqlamalar verib.

Stoltenberq NATO-nun Əfqanıstanda gələcək mövcudluğu məsələsi ilə bağlı yaxından məsləhətləşmək və koordinasiya etmək imkanını alqışladığını deyib.

Bayden administrasiyası çərşənbə axşamı sentyabrın 11-dək qalan qoşunlarını geri çəkəcəyini söyləyərək, ABŞ-ın Əfqanıstandakı planları ilə bağlı aylardır irəli sürülən fərziyyələrə son qoyub.

XS
SM
MD
LG