Accessibility links

Dövlət katibi Blinken Novruz bayramı münasibətilə təbrik mesajını açıqlayıb


ABŞ Dövlət katibi Antoni Blinken martın 20-də Novruz bayramı münasibətilə təbrik mesajı ilə çıxış edib.

“Dövlət Departamentinin adından bütün dünyada Novruz bayramını qeyd edən hamını təbrik edirəm”, Blinkenin mesajında deyilir.

“Ümid edirik ki, bu yeni gün bütün dünyada - Amerika Birləşmiş Ştatlarında, İranda, Yaxın Şərqdə, Mərkəzi və Cənubi Asiyada, Avropada və dünyanın hər yerində sağlamlıq, xoşbəxtlik gətirəcək və dostlar və yaxınlarınızla mənalı əlaqələri yeniləmək vaxtı olacaq” ABŞ Dövlət Departamentinin açıqladığı bəyanatda bildirilir.

“Ailə və dostlarla bir araya gəlmək, həft-sin bəzəmək və həft meva kimi nemətləri bölüşmək dünya boyu bu bayramı xüsusi edən bir çox ənənələrdən yalnız bir neçəsidir”, Dövlət katibi Antoni Blinken mesajında vurğulayıb.

“Qlobal pandemiya bu adətlərə riayət etməyi çətinləşdirsə də, bu il qarşıdakı günlərdə bütün dünyada insanların sağlamlığının yaxşılaşacağına ümid edirik” Blinken bildirib.

XS
SM
MD
LG