Accessibility links

Blinken İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında görüşlərindən sonra Fransa ziyarətini başa çatdırıb


ABŞ-Fransa münasibətlərini düzəltməyə çalışan ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü Paris səfərini İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) nazirlərlə görüşlə başa vurub.

Blinken iclasın açılış çıxışı zamanı koronavirus pandemiyası, iqlim böhranı, bərabərsizlik və texnoloji cəhətdən inkişaf edən dünyada qaydaların təmin edilməsi də daxil olmaqla, bir neçə problemə toxunub.

"Avtoritar hökumətlər bu təşkilatın demokratiyanın mərkəzi olan prinsiplərini və insanların əsas ehtiyaclarını ödəmək üçün gördükləri işləri şübhə altına alır. Elə həmin hökumətlərdən bəziləri nəsillər boyu ölkələrimizin təhlükəsizliyi və rifahı üçün əsas olan qaydaları pozmağa çalışır" - deyə, Blinken xüsusi olaraq, heç bir ölkə adı çəkmədən bildirib.

Blinken üzv ölkələrin "bütün ölkələrdə insanların daha yaxşı bir həyat qura biləcəyini sübut etməli" və buna "cavabdehliklə yanaşmalı" olduğunu deyib.

Çərşənbə günü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yekun iclaslasından sonra Blinken İtaliyanın xarici işlər naziri Luiçi Di Mayo, İspaniyanın xarici işlər naziri Hose Manuel Albares və Kolumbiyanın vitse -prezidenti və xarici işlər naziri Marta Lusia Ramirezlə ayrı-aytrılıqda görüşüb.

Dövlət Departamentinin sözçüsü Ned Prays Blinken və Di Mayonun dekabr ayında Liviyada keçiriləcək ümummilli seçkiləri və Efiopiyanın şimalındakı siyasi və humanitar böhranla əlaqədar narahatlıqları müzakirə etdiklərini bildirib.

Blinken həm Di Mayoya, həm də Albaresə hökumətlərinin insanların Əfqanıstandan təxliyəsində ABŞ-a yardım etmək səylərinə görə təşəkkür edib.

Ramirezlə görüşünün əvvəlində Blinken Kolumbiyanın demokratik dəyərlər və insan haqları məsələlərində regional bir lider olduğunu, iqlim dəyişikliyi kimi problemlər üzərində işləməyin ABŞ və Kolumbiyanın "gündəmində" olduğunu deyib.

XS
SM
MD
LG