Accessibility links

Blinken Kyiv səfərində ABŞ-ın Ukraynaya dəstəyini vəd edib


ABŞ dövlət katibi Antoni Blinken və Ukrayna xarici işlər naziri Dmitri Kuleba
ABŞ dövlət katibi Antoni Blinken və Ukrayna xarici işlər naziri Dmitri Kuleba

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü deyib ki, Birləşmiş Ştatlar Ukraynadakı vəziyyətin aktuallığını bilir və Ukrayna qüvvələri onlara lazım olan dəstəyi alacaq.

Kyivdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüş zamanı Blinken deyib ki, Bayden administrasiyası aprelin sonunda icazə verilən yeni yardım raundunu mümkün qədər tez çatdırmağa çalışır.

"Mən az da olsa dəstək nümayiş etdirmək üçün buradayam, lakin səfər və ya ziyarətdən daha vacib olan bu dəstəyin çox konkret şərtlərlə yolda olmasıdır", Blinken bildirib.

Kuleba ölkəsinin ABŞ-ın Ukraynanın yanında olduğunu gördüyünü və Ukraynanın "Rusiyanın bizim üzərimizdə yaratmağa çalışacağı bütün çətinliklərə dözə biləcəyini" deyib.

"Bu, çox vaxtında edilən səfərdir, çünki bu, təkcə Ukrayna xalqına deyil, ən əsası da qoşunlara, cənubda, şərqdə, şimal-şərqdə Xarkiv yaxınlığında Rusiyanın müharibə zonasını genişləndirməyə çalışdığı vaxtda Ukraynanı qəhrəmancasına müdafiə edən əsgərlərimizə ruhlandırıcı mesaj verir", Kuleba bildirib.

Rusiya çərşənbə günü bildirib ki, onun qüvvələri Xarkiv vilayətində Rusiya qüvvələrinin hücumlarını intensivləşdirdiyi daha iki yaşayış məntəqəsini ələ keçirib.

Rusiyanın Ukraynanın şimal-şərqində təzyiqi Ukrayna prezidenti Volodimir Zelenskinin ofisini çərşənbə günü onun qarşıdan gələn bütün xarici səfərlərini ləğv etdiyini elan etməyə vadar edib.

Danışıqlardan əvvəl Kuleba və Blinken Kyivdəki Xatirə Divarına əklillər qoyublar.

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Rusiyanın işğal etdiyi Krım üzərində 10 raketin, həmçinin Rusiyanın qərbindəki Belqorod bölgəsi üzərində 9 pilotsuz təyyarə və çoxsaylı raketlərin, həm Kursk, həm də Bryansk vilayətləri üzərində bir neçə pilotsuz təyyarənin məhv edildiyini bildirib.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukraynanın hücumları nəticəsində 2 nəfərin yaralandığını, 7 evin dağıldığını bildirib.

Forum

XS
SM
MD
LG