Accessibility links

Blinken Almaniya və Qətərə səfər edir


Dövlət katibi Antoni Blinken Əfqanıstandakı vəziyyətlə əlaqədar ABŞ-ın müttəfiqləri ilə danışıqlar aparmaq üçün əvvəlcə Qətərə, sonra isə Almaniyaya səfər edir.

"Qətərin Doha şəhərində, Almaniyada isə Ramsteində ABŞ vətəndaşlarının, əfqanların və digər insanların Əfqanıstandan təhlükəsiz şəkildə köçürülməsinə göstərdikləri böyük dəstəyə görə qətərli və alman dostlarımıza şəxsən təşəkkür etmək imkanım olacaq" - deyə, Blinken bazar günü gec saatlarda Twitter səhifəsində yazıb.

Qətər keçən ay Talibanın Əfqanın nəzarətini ələ keçirməsindən sonra ABŞ-ın Kabildən hava nəqliyyatı vasitəsilə kütləvi şəkildə təxliyyə etdiyi əfqan qaçqınların ilk eniş nöqtəsi və saxlandığı əsas yer idi.

ABŞ-ın Müdafiə naziri Lloyd Austin də Əfqanıstandan təxliyə işlərinə və ABŞ əsgərlərinə yardıma görə təşəkkür etmək üçün Yaxın Şərqdəki müttəfiqlərini ziyarət edir. O, Qətər, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanına səfərdədir.

ABŞ-ın müdafiə naziri Lloyd Austin
ABŞ-ın müdafiə naziri Lloyd Austin

"Əfqanıstandan təxliyə səylərini dəstəklədikləri üçün ortaqlarımıza şəxsən təşəkkür etmək üçün Fars körfəzinə gedirəm. Müttəfiq Qaçqın Əməliyyatı Körfəzdəki dostlarımız olmadan mümkün olmazdı. Onların dəstəyi həyatları xilas etdi" - deyə, Austin bazar günü Twitter səhifəsində yazıb.

Blinken cümə günü jurnalistlərə verdiyi açıqlamasında Almaniyada Amerika əsgərlərinə təşəkkür etmək və əfqanıstanlı qaçqınlarla görüşmək üçün ABŞ-ın Ramsteindəki Hərbi Hava Bazasına gedəcəyini deyib.

Blinken Almaniya xarici işlər naziri Heiko Maasla birlikdə çərşənbə günü Əfqanıstanda 20 ölkənin nazirlərinin iştirak edəcəyi virtual toplantıya rəhbərlik edəcəyini də bildirib. O, bu 20 ölkənin "hamısının əfqanların köçürülməsi və yerləşdirilməsinə yardım etməkdə, eləcə də Talibanın öhdəliklərini yerinə yetirməyə məcbur etməkdə marağı var" deyib.

Talibanın ölkəni tərk etmək istəyən əfqanların və digərlərinin ölkəni təhlükəsiz şəkildə tərk etmələrinə icazə verəcəyini vəd etməsinə baxmayaraq, bir çox əfqan bu vədlərin etibarlılığına şübhə edir.

XS
SM
MD
LG