Accessibility links

Blinken qlobal təhdidlərə qarşı ittifaqların gücləndirilməli olduğunu deyir


ABŞ Dövlət Katibi Entoni Blinken çərşənbə günü Brüsseldə çıxışı zamanı COVID-19 pandemiyası və Çinin "təcavüzünü artırması" kimi qlobal risklərin olduğu bir vaxt ABŞ-ın müttəfiqləri ilə tərəfdaşlıq münasibətlərinin bərpası və canlandırılması öhdəliyinin yerinə yetirilməsində Bayden administrasiyasına geniş dəstəyin olduğunu deyib.

Blinken NATO nazirlərinə deyib ki, Qlobal Siyasətə dair Çikaqo Alyansının keçirdiyi rəy sorğusu amerikalıların 90%-nin ittifaqı qorumağın Amerikanın xarici siyasətdə hədəflərinə çatması üçün ən yaxşı yol olduğuna inandığını göstərib.

“Onlar bilirlər ki, Amerika Birləşmiş Ştatları üçün məsələləri təkbaşına həll etməkdənsə, ortaqları ilə etməsi daha yaxşıdır. Bütün müttəfiqlərimiz də bunu söyləyə bilər”- deyə, Blinken bildirib.

Bu, ABŞ-ın ən yüksək səviyyəli diplomatı kimi bölgəyə ilk səfəri zamanı onun mesajının bir hissəsi olaraq, keçmiş prezident Donald Trampın ABŞ-ın maraqlarını üstün tutmağa yönəlmiş dörd illik xarici siyasətdən uzaqlaşmanı nümayiş etdirir.

Bu müraciətini Blinken həmkarları ilə də bir sıra görüşlər keçirdiyi iki günlük NATO nazirləri toplantısının son günündə edib.

Blinkenin çərşənbə günü proqramına Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ayrı-ayrılıqda görüş, Estoniya, Latviya və Litva xarici işlər nazirləri ilə görüş, Avropa Komissiyasınln prezidenti Ursula Von Der Leyen və Avropa İttifaqı xarici siyasət idarəsinin rəhbəri Cosep Borrelllə görüşlər də daxildir.

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu NATO-njun baş qərargahında görüşüb
ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu NATO-njun baş qərargahında görüşüb

Blinken çərşənbə axşamı jurnalistlərə açıqlamasında ABŞ-ın "ilk növbədə NATO müttəfiqləri" ilə tərəfdaşlıq münasibətlərini bərpa etmək istədiyini deyib.

Ağ Ev ABŞ prezidenti Co Baydenin cümə axşamı Avropa İttifaqlı liderləri ilə video-konfrans zamanı Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsi məsələsini müzakirə etməyi planlaşdırdığını bildirib.

Baydenin mövqeyi NATO-ya üzv ölkələri gəlirilərinin 2 faizini müdafiə sahəsinə ayırmadıqları üçün həmin ölkələri tez-tez tənqid edən keçmiş prezident Donald Trampdan tamamilə fərqlidir.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Blinkenin 1949-cu ildə Sovet İttifaqının hərbi təhdidinin qarşısını almaq üçün yaranan NATO ilə bağlı şərhlərini alqışlayıb.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian
Fransanın xarici işlər naziri Jan-İv Le Drian

Brüsseldə iki günlük görüşlər zamanı müzakirə edilən əsas məsələlərdən biri keçən il Əfqanıstanın Taliban qruplaşması ilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyası arasında əldə edilmiş razılığa əsasən, ABŞ əsgərlərinin ölkədən bütünlüklə çıxarılması üçün mayın 1-nə qədər qoyulan son möhlət yaxınlaşdıqca NATO-nun Əfqanıstanda missiyası ilə bağlıdır.

Almaniyanın Xarici İşlər Naziri Heyko Maas qoşunların vaxtından əvvəl çıxarılmasının təhlükəsizlik sahəsində əldə edilmiş nailiyyətləri risk qarşısında qoya biləcəyi barədə xəbərdarlıq edib.

"Biz Əfqanıstandakı bütün qüvvələrin şərtlər əsasında çıxarılmasını istəyirik" -deyə, Maas bildirib.

XS
SM
MD
LG