Accessibility links

Blinken: Top indi Rusiya tərəfdədir


Çərşənbə günü günortadan sonra jurnalistlərə açıqlama verən ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Ukrayna ilə bağlı hərbi eskalasiyanın qarşısını almaq üçün danışıqların bir hissəsi olaraq Rusiyaya təhlükəsizlik zəmanəti tələblərinə yazılı cavab verib.

Blinkenin sözlərinə görə, cavab Rusiyanın bu yolla getməyə hazır olduğu halda irəliyə doğru diplomatik yol nəzərdə tutur və Rusiya tərəfinin ifadə etdiyi narahatlıqların prinsipial və praqmatik qiymətləndirilməsini özündə cəmləşdirir. Bundan əlavə, sənəddə ABŞ və onun müttəfiqlərinin ifadə etdiyi narahatlıqlar öz əksini tapıb.

Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, sənəddə Ukraynada qüvvələrin birləşdirilməsi ilə bağlı şəffaflığın təmin edilməsi üçün qarşılıqlı tədbirlərin görülməsinin mümkünlüyü qeyd olunub.

O qeyd edib ki, sənəddə diqqət yetirilməli olan müsbət məqamlar var. Blinken ABŞ-ın dialoqa açıq olduğunu və diplomatik yanaşmaya üstünlük verdiyini vurğulayıb. Onun sözlərinə görə, indi hansı yolu seçmək təşəbbüsü Rusiyanındır, ABŞ isə istənilən varianta hazırdır.

Blinken topun indi Rusiya tərəfində olduğunu qeyd edib.

Blinken Ukrayna məsələsində ABŞ və müttəfiqlərinin mövqelərinin birliyini vurğulayıb. Xüsusən də Almaniyanın həmrəyliyinə inamını ifadə edib.

Dövlət katibinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden Rusiyaya təqdim olunan sənədin hazırlanmasında fəal iştirak edib. Bundan əlavə, prosesə ABŞ-ın müttəfiqləri və tərəfdaşları da cəlb edilib.

Dövlət katibi əmin edib ki, ABŞ Rusiyanın hərəkəti halında qlobal enerji təchizatı infrastrukturunun təsir altına düşməməsi üçün mümkün olan hər şeyi edəcək.

O, həmçinin bildirib ki, Ukraynadakı Amerika vətəndaşları ölkəni tərk etmək barədə ciddi düşünməlidirlər. Onun sözlərinə görə, ABŞ-ın Kyivdəki səfirliyi açıq olaraq qalır. Blinken əlavə edib ki, NATO Rusiyaya öz cavabını göndərəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG