Accessibility links

Blinken Navalnı tərəfdarlarına qarşı zorakılıqları qınayıb


Rusiyanın həbsdə olan müxalif lideri Aleksey Navalnının sərbəst buraxılmasını tələb edən etirazçılara qarşı polisin dəyənəklər və elektro-şokdan istifadə etməsindən bir gün sonra ABŞ Dövlət Katibi Entoni Blinken Bayden administrasiyasının Rusiyaya qarşı mümkün tədbirləri nəzərdən keçirdiyini bildirib.

Bazar ertəsi yayımlanan televiziya müsahibəsində Blinken "zorakılıqlardan çox narahat olduğunu" deyib.

O, əhatəli müsahibəsində Çinin Honq Konqu sarsıtmaq üçün "qeyri-ciddi" hərəkət etdiyini, İranın isə nüvə silahı üçün lazım olan materialın istehsalına bir neçə ay qaldığını deyib.

Rusiyanın Xarici İşlər Nazirliyi etirazların arxasında Vaşinqtonun durduğunu və bunun "Rusiyanın daxili işlərinə kobud müdaxilə" olduğunu bildirib.

"Rusiya hökuməti bunun bizimlə əlaqədar olduğuna inanırsa, böyük səhv edir. Söhbət onlardan gedir. Onların hökumətindən. Rus xalqının korrupsiyadan və avtokratiyadan təngə gəlməsindən. Düşünürəm ki, onlar xaricə deyil, daxilə baxmalıdırlar." - deyə, Blinken NBC News-a verdiyi müsahibədə bildirib.

Yanvarın 31-də verdiyi müsahibəsində Blinken Moskvaya qarşı konkret sanksiyalardan danışmayıb. O, Navalnıya qarşı atılan addimlara, habelə 2020-ci ildəki Rusiya seçkilərinə müdaxiləyə, Günəş Küləyi hücumu və Əfqanıstandakı ABŞ əsgərləri üçün iddia edilən mükafatlara nəzər saldığını deyib.

Co Baydenin keçən həftə Rusiya lideri ilə telefon danışığa toxunan Blinken
"Prezident Putinlə söhbətində fikrini aydın ifadə edib" deyib.

İrana gəldikdə isə Blinken bildirib ki, İran nüvə sazişindəki məhdudiyyətlərə məhəl qoymamaqda davam edirsə, Tehranın nüvə silahı əldə etməsi həftələrin söhbəti ola bilər.

Blenkin İran bunu edərsə, ABŞ-ın 2015-ci ildə imzalanan nüvə razılığına qayıda biləcəyini deyib. O, daha sonra müttəfiqləri və tərəfdaşları ilə digər mövzular da daxil olmaqla, ABŞ-ın "uzunmüddətli və güclü" bir razılaşma üzərində işləməyə hazır olduğunu bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG