Accessibility links

Blinken Rusiyanın taxıl ixracını artırmaq vədini “dənizdə bir damla” adlandırıb


ABŞ dövlət katibi Antoni Blinken
ABŞ dövlət katibi Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın Ukrayna ixracatının itkisini kompensasiya etmək üçün inkişaf etməkdə olan ölkələrə taxıl ixracını artırmaq vədini “dənizdə bir damla” adlandırıb.

Fransanın beynəlxalq RFI radiosuna müsahibəsində Blinken deyib ki, Rusiya göründüyü kimi 5-6 ölkəyə 50 min ton taxıl ixrac etməyə hazır olduğunu bildirib.

"Rusiyanın pozduğu müqavilənin bir hissəsi olaraq, biz inkişaf etməkdə olan ölkələrə 20 milyon ton ixrac etmişik. Ona görə də müqaviləyə uyğun olaraq ixrac edilən 20 milyona qarşı Rusiyanın təklif etdiyi 50 min ton müqayisə olunmazdır. Rusiyanın təklifi okeanda bir damladır. Bu, problemi həll etmir" - deyə, Blinken bildirib.

ABŞ diplomatiyasının rəhbəri bildirib ki, Rusiyanın təklifi qiymət artımını dayandırmayacaq və milyonlarla ton taxılın bazardan çıxarılaraq, ehtiyacı olanlara, xüsusən də inkişaf etməkdə olan ölkələr üçün əlçatmaz olması faktını dəyişdirməyəcək.

Blinken deyib ki, belə bir vəziyyətdə ABŞ Afrika ölkələrinə öz ehtiyatlarından taxıl tədarük edəcək.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri əsasən də Afrika ölkələri olmaqla, ABŞ bütün dünyada ərzaq təhlükəsizliyini təmin etmək üçün 14 milyard dollardan çox əlavə maliyyə ayırıb.

Keçən həftə ABŞ BMT-də Afrikanın 11 ölkəsi və Haitiyə əlavə 350 milyon dollar yardım edəcəyini açıqlayıb.

"Biz əlimizdən gələni edirik. Məsələn, BMT-nin çox mühüm proqramı olan Dünya Ərzaq Proqramını götürək, biz onun büdcəsinin 50 faizini dəstəkləyirik. Rusiya isə 1 faizdən az töhfə verir", Blinken deyib.

Dövlət katibi Blinken Rusiyanın ABŞ və digər Qərb ölkələrinin sanksiyaları səbəbindən öz taxılını ixrac etməkdə problem yaşaması ilə bağlı iddialarını yanlış adlandırıb. O, son bir ildə Rusiyanın taxıl ixracının Rusiyanın Ukraynaya təcavüzündən əvvəl ixrac etdiyi həcmləri xeyli üstələdiyini qeyd edib.

Forum

XS
SM
MD
LG