Accessibility links

Blinken: Ukraynada müharibə Rusiyanın beynəlxalq nüfuzunu dağıtdı


ABŞ Dövlət Katibi Antoni Blinken Ukraynada müharibənin Rusiyanın beynəlxalq nüfuzunu dağıtdığını bildirib və Ukraynanı ABŞ-ın sarsılmaz dəstəyinə əmin edib.

"Bu müharibə Rusiyanın beynəlxalq nüfuzunu dağıtdı, onu zəiflətdi və təcrid etdi və iqtisadiyyatını sarsıtdı" – deyə, Blinken Rusiyanın Ukraynaya təcavüzünün birinci ildönümünə həsr olunmuş bəyanatında deyib.

Bu açıqlama ABŞ-ın cümə günü Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya yeni təhlükəsizlik yardımı paketini elan etməsindən sonra verilib.

Ağ Ev bildirib ki, paketə bir neçə yeni dron, Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək və ictimaiyyəti qorumaq üçün pilotsuz uçuş aparatları və radio elektron müharibəni aşkar etmək üçün avadanlıq daxildir.

Ağ Ev bildirib ki, paketə həmçinin döyüş meydanında effektivliyini sübut edən 155 millimetrlik artilleriya qurğuları və HIMARS sistemləri, minalardan təmizləmə üçün avadanlıq və təhlükəsiz rabitə vasitələri üçün çoxlu sursat daxildir.

"Birləşmiş Ştatlar qətiyyətlə Ukraynanın tərəfində dayanır və Ukraynanın suverenliyinə layiqincə hörmət edilənə və onun xalqı azadlıq və sülh şəraitində öz seçdiyi demokratik gələcəyini müəyyən edə bilməyənə qədər bunu davam etdirəcək" - deyə, dövlət katibi bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG