Accessibility links

Blinken BMT-nin ərzaq təhlükəsizliyinə dair iclasına sədrlik edəcək


ABŞ dövlət katibi Antoni Blinken cümə axşamı BMT Təhlükəsizlik Şurasının qlobal ərzaq təhlükəsizliyi və ona təsir edən münaqişələrə dair yüksək səviyyəli iclasına sədrlik edəcək.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild ABŞ-ın Təhlükəsizlik Şurasına sədrliyə başlaması münasibətilə keçirilən mətbuat konfransında "Biz dəqiq bilirik, münaqişə olan yerdə aclıq var" deyib.

Onun dediyinə görə, cümə axşamı Blinken "açıqlamalar və nəticələr barədə məlumat verəcək". Diplomat dünya ölkələrini Vaşinqtonun bu məsələ ilə bağlı yaymağı planlaşdırdığı layihəni dəstəkləməyə çağırıb.

2021-ci ilin fevral ayından BMT-də ABŞ-ı təmsil edən Tomas-Qrinfild qlobal ərzaq təhlükəsizliyi məsələlərini şuranın gündəliyinə çıxarmaq üçün Təhlükəsizlik Şurasına sədrliyindən bir daha istifadə edəcəyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı 2022-ci ildə 691 milyondan 783 milyona qədər insanın aclıqdan əziyyət çəkdiyini təxmin edir ki, bu, pandemiya başlamazdan əvvəl 2019-cu ildəkindən əhəmiyyətli dərəcədə çoxdur. Qıtlıqlar çox vaxt regional xarakter daşıyıb və vəziyyət Afrika, Karib dənizi və Qərbi Asiyada daha da pisləşib.

Rusiya iyulun 17-də Qara Dəniz Taxıl Təşəbbüsü-ndən çıxdıqdan sonra BMT-nin baş katibi Antonio Quturreş belə bir qərar "dünyada ehtiyacı olanlara zərbə vuracaq" deyə, xəbərdarlıq edib.

Lakin BMT indiyədək Moskvanı öz qərarına yenidən baxmağa inandıra bilməyib.

Tomas-Qrinfild deyib ki, Vaşinqton danışıqlarda Rusiyanın marağının əlamətlərini axtarır. "Bizə dedilər ki, onlar müzakirələrə qayıtmağa hazırdırlar. Lakin biz İndiyə qədər bunun heç bir sübutunu görməmişik" - deyə, o bildirib.

Onun sözlərinə görə, əgər Rusiya gübrələrini dünya bazarlarına çıxarmaq və beynəlxalq maliyyə əməliyyatlarına çıxışını müəyyən qədər davam etdirmək istəyirsə, razılaşmaya qayıtmalı olacaq.

Tomas-Qrinfild bildirib ki, avqust ayında sədrliyi dövründə Vaşinqton diqqəti Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə cəlb etməyə davam edəcək.

ABŞ avqustun 24-ü, Ukraynanın Müstəqillik Günündə uşaqların müdafiəsi də daxil olmaqla, Ukraynada mülki əhalinin müdafiəsi məsələsini müzakirə etmək üçün toplantı keçirməyi planlaşdırır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG