Accessibility links

Blinken Qazaxıstanın müstəqilliyi və suverenliyinə dəstək bildirir


ABŞ Dövlət Katibi Antoni Blinken ABŞ diplomatı kimi Mərkəzi Asiyaya ilk səfərini edərkən Qazaxıstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyəcəyini vəd edib.

"Bəzən biz bu sözləri sadəcə deyirik və əslində onlar heç bir məna ifadə etmir. Amma təbii ki, indiki məqamda onlar həmişəkindən daha çox rezonans doğurur" – deyə, Blinken Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tileuberdi ilə Astanada görüşərkən bildirib.

Səfərdən əvvəl Bayden administrasiyası Rusiya ilə güclü siyasi, iqtisadi və sosial-mədəni əlaqələrə malik olan beş keçmiş sovet respublikasının müstəqilliyini və suverenliyini dəstəkləməyə diqqət yetirdiyini qeyd edib.

Blinkenin gündəliyinə çərşənbə axşamı regional əməkdaşlığı inkişaf etdirmək üçün Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla 2015-ci ildə başlanmış diplomatik dialoq olan C5+1 görüşü daxildir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşə başlayan Blinken bildirib ki, o, qrupun xarici işlər nazirləri ilə "regionu bir araya gətirmək, daha sıx əlaqələr, qarşılıqlı əlaqələr yaratmaq və bu işi gücləndirmək məqsədilə praktiki məsələlərə diqqət yetirmək üçün getdikcə daha çox praktiki işdə" iştirak etməyi səbirsizliklə gözləyir.

ABŞ rəsmiləri səfərin Birləşmiş Ştatların Ukraynanı işğal etdiyinə görə Rusiyanı daha da təcrid etməyə çalışdığı bir vaxt qarşılıqlı əlaqələr və ittifaqları gücləndirməsi üçün bir fürsət olduğunu bildirirlər. Lakin demokratiya tərəfdarları eyni zamanda, ABŞ-ı sistemli islahatları təşviq etməyə çağıraraq, hesabatlılıq, açıqlıq və qanunun aliliyinin regionun uzunmüddətli təhlükəsizliyi və rifahını təmin etmək üçün ilkin şərtlər olduğunu bildirir.

XS
SM
MD
LG