Accessibility links

Bloger Mehman Hüseynov saxlanılaraq sorğu-sual edilib


Bu gün, martın 14-də bloger Mehman Hüseynov və ictimai fəal Ülvi Həsənli Abşeron rayonu ərazisində, Novxanı qəsəbəsində polis tərəfindən saxlanılıb və sorğu-sual edildikdən bir neçə saat sonra sərbəst buraxılıb.

Bu barədə Mehman Hüseynov Amerikanın Səsinə bildirib.

“Bakının Novxanı qəsəbəsində bir məmurla bağlı araşdırma aparırdıq. Bu zaman Yol Patrul Ximəti bizi saxladı. Abşeron rayon Polis İdarəsinə gətirildik. Orada sorğu-sual etdilər. Mənim dronumu aldılar. Sonra Abşeron Polis İdarəsindən harasa apardılar. Gözlərimiz bağlı idi. Bir neçə saat saxladıqdan sonra Bakılda Gənclik metrosunun qarşısında sərbəst buraxdılar,” o qeyd edib.

Mehman Hüseynov və Ülvi Həsənli sərbəst buraxılıb
Mehman Hüseynov və Ülvi Həsənli sərbəst buraxılıb

Öz növbəsində, polis Hüseynovun və Həsənlinin saxlanıldığını təsdiq edib.

Mehman Hüseynov bir qayda olaraq öz bloqunda məmurların bahalı villaları ilə bağlı reportajlar yayımlayır. Bu repotajlar bir neçə yüz min insan tərəfindən izlənilərək kəskin tənqidlərlə qarşılanır.

Mehman Hüseynov 2017-ci ildə böhtan ittihamı ilə mühakimə olunub və iki il həbs cəzasından sonra 2019-cu il martın 2-də azadlığa çıxıb.

Azadlığa çıxma ərəfəsində ona qarşı yeni cinayət işi açılıb. Hüseynovun etiraz olaraq uzunmüddətli aclıq aksiyası keçirməsi və onun aksiyasının ölkə daxilində və xaricdə dəstəklənməsi nəticəsində ittiham götürülüb.

Blogerin həbsi bir sıra yüksək vəzifəli məmurların dəbdəbəli villaları ilə bağlı reportajlarından sonraya təsadüf edib.

Hüseynov ittihamı qəbul etməyib və həbsini bloger fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG