Accessibility links

BMT: Əfqanıstana yardım daşıyan təyyarələr Özbəkistana enib


Birləşmiş Millətlər Təşkilatının qaçqın agentliyi bildirir ki, cümə günü Əfqanıstan üçün yardım ləvazimatlarını daşıyan təyyarələr Özbəkistanın Termez şəhərinə enib.

Əfqanıstan hava limanları kommersiya uçuşların bağlı olduğu üçün, BMT-nin qaçqın agentliyi uçuşları Özbəkistanın Əfqanıstanla sərhəddə yerləşən Termez şəhərinə yönəldib. Bu şəhər Əfqanıstan üçün böyük yardım əməliyyatının episentri olaraq fəaliyyət göstərəcək.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Babar Baloç deyib ki, əfqanlara sərt qış havalarına tab gətirməyə yardım etmək üçün üç təyyarədə 100 tondan çox sığınacaq ləvazimatı, ədyal, plastik örtük və başqa ləvazimat çatdırılır.

O deyib ki, bu ləvazimatlar Termezdən yük maşınları ilə Əfqanıstanın şimalında Məzari-Şərifə aparılacaq və oradan ölkə boyu 126 min insana paylanacaq. O bildirib ki, hələ daha çox ləvazimatlara ehtiyac var və agentlik yarım milyon əfqana yardım etməyə ümid edir.

“Bizə lazımdır ki, Kabil ən qısa zamanda fəaliyyəti bərpa etsin. Bir çox şey bundan asılıdır. Biz həmçinin Kabilə yardım əşlyalarını daşıyan xüsusi uçuşlar həyata keçirməyə və daha çox yardım çatdırmağa ümid bəsləyirik...Əgər ləvazimatlar haradasa hazırdırsa, biz onları Əfqanıstana daşıyacağıq,” Baloç deyib.

Birləşmiş Millətlər Təşkilatı təxmin edir ki, Əfqanıstan əhalisinin yarısı, yəni 18 milyon insanın humanitar yardıma ehtiyacı var. 3.5 milyondan çox əfqan ölkə daxilində didərgin düşüb ki, buna təkcə bu il didərgin düşən yarım milyon insan daxildir.

Baloç bu yaxınlarda Kabilin 15-20 kilometr yaxınlığında paylama mərkəzini ziyarət edib və orada yardım almaq üçün növbədə gözləyən insanların çarəsizliyinə şahid olub.

“Mən orada ikən, biz gözümüzün önündə yaşlı bir ananın yerə yıxıldığını gördük. Əməkdaşlar ona yardım edəndə, məlum oldu ki, o artıq bir neçə gündür yemək yemirdi. O qadın evin başçısıdır. Babalar, uşaqlar, məktəbdə olmalı olan qız uşaqları yardım almaq üçün növbədə dayanırlar,” o deyib.

Taliban avqust ayının ortalarında Əfqanıstanın nəzarətini ələ keçirəndən bəri qızların məktəbə, qadınların isə işlə getmələrinə icazə verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG