Accessibility links

BMT: Əfqanıstanda mülki vətəndaşlar arasında ölüm halları rekord saydadır


Əfqanıstan
Əfqanıstan

BMT-nin Əfqanıstandakı missiyası bildirib ki, ötən rübdə Əfqanıstanda son 10 ildə hər hansı üç aylıq bir müddətdən daha çox insan ölüb.

Cümə axşamı yayılan hesabatda qeyd ediilib ki, bu ilin üçüncü rübündə 1,174 insan ölüb, 3,139 nəfər yaralanıb. Bu isə keçin ilin eyni rübü ilə müqayisədə 42 faiz çoxdur.

Bundan əvvəlki rübdə 785 nəfər ölüb, 1,254 insan yaralanıb.

Bununla, 2019-cu ilin ilk doqquz ayında ölənlərin sayı 8,000-i keçib. BMT-nin Əfqanıstandakı yardım missiyası bildirib ki, ən çox tələfata hökümət əleyhinə savaşan qiyamçılar səbəb olub.

Hesabatda bildirilir ki, bu ay ölənlərin 41 faizini qadınlar və uşaqlar təşkil edib. Belə ki, 631 uşaq ölüb, 1830 uşaq yaralanıb.

“Əfqanıstanda döyüşlərin mülki vətəndaşlara vurduğu ziyanlar atəşkəsə və münaqişənin daimi siyasi həllinə aparacaq sülh danışıqlarının vacibliyinə işarə edir. Başqa yol yoxdur,” deyə BMT-nin baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tadamiçi Yamamoto bildirib. “Mülki vətəndaşlar arasında tələfat qəbuledilməzdir, xüsusilə də Əfqanıstandakı münaqişəyə hərbi həll yolunun olmadığını nəzərə alanda.”

XS
SM
MD
LG