Accessibility links

BMT Əfqanıstanda uşaqların xilası üçün 2 milyard dollarlıq humanitar yardım çağırışı edib


Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) çərşənbə axşamı "Əfqanıstanda yarısı uşaqlar olmaqla, 24 milyondan çox insanın" humanitar ehtiyaclarını təcili qarşılamaq çağırışı edib. Bu, bir ölkə üzrə edilən ən böyük çağırışdır.

Yardım agentliyi 2 milyard dollarlıq maliyyənin sərt qış şəraitində ailələrin evlərini qızdırmaq və uşaqlarına qayğı göstərmək üçün mübarizə apardığı ölkədə sağlamlıq, qidalanma, təhsil, su, kanalizasiya və gigiyena, eləcə də uşaqlar üçün digər sosial xidmətlərin çökməsinin qarşısını almağa kömək edəcəyini bildirir.

UNICEF-in ölkə nümayəndəsi Elis Akunqa açıqlamasında bildirir ki, Əfqanıstanda mövcud humanitar vəziyyət xüsusilə uşaqlar üçün ağırdır. O, həmçinin deyir ki, əlavə maliyyə olmadan onun agentlik və tərəfdaşları təcili yardıma ehtiyacı olan uşaqlar və ailələrlə əlaqə saxlaya bilməyəcək.

O, milyonlarla əfqan uşağın aclıq və ölüm riski altında olduğunu deyərək bildirib ki, "bu, asan olmayacaq, lakin bu qədər çox uşağın həyatı və rifahı təhlükə altındadır, biz bu problemin öhdəsindən gəlməliyik".

UNICEF hesab edir ki, Əfqanıstanda beş yaşınadək hər iki uşaqdan biri 2022-ci ildə baş verəcək ərzaq böhranı və fundamental sosial xidmətlərin olmaması səbəbindən “ərzaqsızlıqdan” kəskin əziyyət çəkəcək.

Agentliyin bildirdiyinə görə, müəllimlərin maaşları ödənilməsə və yoxsulluq səviyyəsi aşağı düşərsə, 10 milyon uşaq məktəbi tərk etmək riski ilə qarşılaşacaq.

Beynəlxalq qoşunların Əfqanıstandan çıxmasının ardınca Talibanın ölkəni ələ keçirməsi səbəbindən ​islamçı qrupa qarşı cəza xarakterli beynəlxalq maliyyə sanksiyalarının tətbiqi humanitar ehtiyacları görünməmiş səviyyəyə yüksəldib.

Humanitar böhran illərlə davam edən müharibə, yüksək yoxsulluq və ümummilli quraqlıqdan qaynaqlanır. İqtisadi və humanitar böhranın kəskinləşməsi ümidsiz əfqan ailələrin qonşu ölkələrə qaçmağa məcbur edir.

Norveç Qaçqınlar Şurasının məlumatına görə, hər gün 5000-ə qədər əfqan insan qaçaqmalçılarının köməyi ilə qeyri-qanuni sərhəd marşrutlarından istifadə edərək qonşu İrana keçir. Verilən məlumatlara əsasən, son üç ayda 300 000-dən çox insan İrana keçib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG