DİQQƏT! Video reportajda narahat edici görünütlər var!
BMT-nin uşaqlarla işləyən agentliyi UNICEF Əfqanıstandakı "uşaqlara qarşı ciddi qanun pozuntularından" dəhşətə gəldiyini bildirir. Münaqişə nəticəsində onlarla uşaq öldürülüb və yaralanıb.
Əfqanıstanda baş verən hadisələr uşaqlara ağır ziyan vurur.
Sosial mediada yayılan bu görüntlərdə Helmand əyalətində gənc bir oğlan uşağının öldürüldüyü iddia edilir.
Ölkə daxilində gedən döyüşlərdən sonra sosial media paylaşımları arasında müharibənin ağırlığını daşıyan uşaqların görüntüləri var.
Amerkanın Səsi fotoların həqiqiliyini müstəqil olaraq təsdiqləyə bilmir.
Ötən həftənin əvvəlində UNICEF və Save the Children təşkilatının Əfqanıstandakı nümayəndiliyi üç gün müddətində 27 uşağın öldürüldüyünü və 136 uşağın yaralandığını xəbər verir.
Save the Children təşkilatının direktoru Kristofer Nyamandi bildirir ki, "Deyə bilərəm ki, bu yalnız aysberqin görünən tərəfidir. Ölkə boyunca yaralanan və öldürülən və hazırda ölməkdə olan daha çox uşaq var. Bu səbəbdən də həqiqətən narahatıq".
BMT Talibanın keçən ay ərzində şəhərlərə hücuma başladığı zaman Herat, Qəndəhar və Laşkar Gahda ən az 1000 dinc sakinin öldürüldüyünü xəbər verir.
Təşkilat həmçinin bu ilin əvvəlindən davam edən şiddət səbəbi ilə əksəriyyəti uşaqlar olmaqla 390 min insanın köçkün düşdüyünü bildirir.