Accessibility links

BMT: Dünya boyu hər il təxminən 1 trilyon dollarlıq ərzaq israf olunur


BMT: Dünya boyu hər il təxminən 1 trilyon dollarlıq ərzaq israf olunur
please wait

No media source currently available

0:00 0:02:30 0:00

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bildirdiyinə görə, dünya boyu hər il təxminən 1 trilyon dollarlıq ərzaq itirilir və ya israf olunur. Amerikanın Səsnin müxbirii Veronika Balderas İglesias COVID-19-un ABŞ-da ərzaq israfının və aclığın qarşısını almaq yolundakı səylərdən danışır.

Qeyri-hökumət “FreshFarm” təşkilatı pandemiya zamanı ərzaq israfını azaltmaq üşün Amerikadakı kiçik fermerlərin yerli istehlakçılarla birbaşa əlaqəsinə yardım edir. Fermer Molli Skalis: "Daha böyük sənaye sistemlərindən daha az qida tullantıları ilə nəticələnəcək. Belə ki, ərzağın boş yerə sərf oluna biləcəyi nöqtələr daha azdır."

Və tullantıların azalması da bir qədər asandır. Fermer Aşli Hiyni: "Biz quşlarımızın yetişdirilməsində tarazlığı saxlamağı çox yaxşı bacarırıq və bazarda tələbatın artdığını görməyincə sayı artırmırıq."

Fermerlərin bazardakı satıcılarına satılmamış məhsullarını qida banklarına bağışlamaları tövsiyə edirlir. Sonra həmin mallar paylanır. COVID dövründə isə buna ehtiyac daha da artıb. Fermer Ferial Velş: "Artıq olub-olmamağımızdan asılı olmayaraq, mən həmişə özümlə insanlara vermək üçün bir neçə qutu gətirirəm."

ABŞ-da hər il 100 milyon tondan çox ərzaq tullanır və bu, böyük problemdir. Eyni zamanda Feeding America xeyriyyə təşkilatı 42 milyon insanın və ya hər səkkiz nəfərdən birinin 2021-ci ildə ərzaq təhlükəsizliyi yaşaya biləcəyini deyir.

Ərzağı Xilasetmə Proqramları COVID-19 məhdudiyyətləri dövründə satış və paylama əməliyyatlarını etibarlı şəkildə idarə etmək üçün internetə müraciət edir. Bu işə könüllülər cəlb edilir.

Yeniliklər də artmaqdadır. Buna misal - istifadə edilməmiş ərzağın metan buraxaraq iqlim dəyişikliyinə əlavə ziyan vurduğu zibilliklərə atmaq əvəzinə Loop Closing adlı təşkilat restoranlar kimi yerlərdən tullanan ərzağı kompostlaşdırmaq üçün xüsusi maşınlardan istifadə edir. Loop Closing təşkilatının təsisçisi Cefri Nil Lup: “Yemək tullantılarını atmasanız və yerində kompostlaşdırsanız, bu, ərzaq tullantılarının təkrar emalının 6%-dən 100%-ə çatmasını təmin edər. Kompostlaşdırılmış məhsul torpağa qoyulur və bu da torpaqlarımızı ekstremal hava şəraitinə daha davamlı edir.”

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi 2030-cu ilədək ərzaq tullantılarının 50% azaldılması üçün ölçü və standartlar təyin etməklə, BMT-nin tövsiyələrini yerinə yetirməyi planlaşdırır.

XS
SM
MD
LG