Accessibility links

BMT: Əsədin hava hücumları 103 mülki şəxsi öldürüb


Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet bildirir ki, Suriya höküməti tərəfindən xəstəxanalara, məktəblərə və bazarlara edilən hava hücumları nəticəsində son 10 gün ərzində 26-sı uşaq olmaqla 103 nəfər dinc əhali öldürülüb.

“Bunlar mülki obyektlərdir və bu cür hücumların davamlı olmasını nəzarə alsaq bunların təsadüfən vurulmaması ehtimalı yüksəkdir,” deyə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali KomissarıRupert Kolvill Cenevrədəki toplantıda deyib.

Mülki obyektlərin Əsəd hökuməti tərəfindən təsadüfən vurulmaması ehtimalı yüksəkdir.

Hökümət aprel ayının axırında Suriyanın şimal-qərbində prezident Bəşər Əsəd qarşı olan üsyançıların son anklavına qarşı hücuma keçməklə atəşkəsi pozub.

İdlib və ona ətraf ərazilər ötən il Əsədin yaxın müttəfiqi olan Rusiya və Türkiyə tərəfindən deeskalasiya ərazisinə daxil edilib.

Rusiyaya məxsus SU-24M qırıcı təyyarəsi Suriyanın Hmeimim hava bazasından səmaya qalxır.
Rusiyaya məxsus SU-24M qırıcı təyyarəsi Suriyanın Hmeimim hava bazasından səmaya qalxır.

Son üç ay ərzində hücumlar yüz minlərlə insanı Türkiyə ilə sərhədə yaxın sığınmaq üçün evlərindən və ya müvəqqəti sığınacaqlarından didərgin salıb və yüzlərlə mülki vətəndaşın ölümünə səbəb olub.

Həm Suriya hökuməti, həm də onun havadarı qismində çıxış edən Rusiya mülki şəxsləri və ya mülki infrastrukturu hədəf aldığını inkar edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG