Accessibility links

BMT: 2018-ci ilin ilk yarısında Əfqanıstanda mülki sakinlər arasında tələfat rekord həddə çatıb


BMT 2018-ci ilin ilk 6 ayı ərzində Əfqanıstanda mülki sakinlər arasında tələfatın rekord həddə çatdığını bildirir.

Təşkilatın Əfqanıstan üzrə missiyasının yaydığı hesabatda bu ölkədə ölüm hallarının 1 % artdığı (1692 nəfər) qeyd edilir.

Ölüm hallarının artmasına səbəb təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında gedən döyüşlər, yollarda baş verən partlayışlar, habelə “Taliban” və “İslam dövləti” qrupuna məxsus intiharçıların törətdiyi partlayışlar olub.

“Biz tərəfləri bütün imkanlardan istifadə edərək, sülhün təminat altına alınmasına çağırırıq. Bu, mülki əhalinin müdafiəsi üçün ən yaxşı yoldur”- deyə BMT-nin Əfqanıstandakı missiyasının rəhbəri Tadamiçi Yamamoto bildirib.

Hesabatda qeyd edilir ki, hücumlardan ən çox Kabil, Ninqarhar, Helmand və Qəndəhar əyalətinin sakinləri ziyan çəkib. Bu əyalətlərdə şiə məbədləri, hökumət binaları, yardım təşkilatlarının ofisləri və seçki məntəqələrinə edilən hücumlarda yüzlərlə dinc sakin ölüb.

İntihar və qeyri-intihar hücumlar tələfatın yarısını təşkil edir.

Hesabatda deyilir ki, bu il keçən ilin eyni dövrü ilə müqayisədə itkilərin sayı 22 faiz artıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG