Accessibility links

BMT rəhbəri: Koronavirus Afrikanın tərəqqisinə hədədir


BMT-nin baş katib Antonio Quterreş koronavirus pandemiyasına son qoyulmanın vacib bir hissəsi olaraq Afrika ilə qlobal həmrəyliyə çağırıb. O, səhiyyə sistemi və ərzaq təminatını gücləndirmək, eləcə də maliyyə böhranının qarşısını almaq üçün beynəlxalq tədbirlərin lazım olduğunu deyib.

Quterreş çərşənbə günü Afrika ölkələrini və Afrika Birliyini tez bir zamanda karantin tətbiq edilməsi və sərhədlərin bağlamasını təmin edən addımlar atmağa çağırıb, virusun yayılmasının qarşısını almaq üçün regional əməkdaşlığa güvəndiyini deyib.

“Pandemiya Afrikanın tərəqqisinə təhdiddir. Bu, uzun müddətdir davam edən qeyri-bərabərliyi daha da dərinləşdirəcək, aclıq, ərzaq çatışmazlığı və xəstəliklərə qarşı həssaslığı daha da artıracaq. Afrika mallarına, turizminə və pul köçürmələrinə artıq tələbat azalmağa başlayıb. Ticarət zonasının açılışı təxirə salınıb və milyonlarla insan yoxsulluğa düçar ola bilər" - deyə, o bildirib.

Təhsili dəstəkləmək və iş yerlərini qorumaq üçün beynəlxalq səyləri artırmaqdan əlavə Quterreş Afrika ölkələrini ucuz başa gələn hər hansı peyvənd və müalicəyə bərabər başlamağa çağırıb.

Afrikanın Xəstəliklərinə Nəzarət və Qarşısının Alınması Mərkəzləri COVID-19-un 2800-dən çox insanın ölümünə səbəb olduğunu bildirib. Afrikada koronavirusa təsdiqlənmiş yoluxma hallarının çoxu Cənubi Afrika, Misir, Əlcəzair, Mərakeş və Nigeriyadadır.

XS
SM
MD
LG