Accessibility links

BMT Afrika liderlərini ekstremizin artmasında günahlandırır


Afrika ölkələrinin rəhbərlərinin əksəriyyəti BMT-nin Baş Assambleyasındakı çıxışlarını qitədə artmaqda olan eksremist zorakılıqlarına həsr edib.

Biz Afrikada sülh və təhlükəsizlik istəyirik. Afrika terror şəbəkələrinə sığınacaq deyil

Onların bəziləri beynəlxalq ictimaiyyətdən terrorizmlə mübarizədə yardım istəyib. Xüsusilə də Yaxın Şərqdə İslam Dövlətinin süqutundan sonra geriyə qayıdan cihadçılarla mübarizə diqqətə çatdırılıb.

“Biz Afrikada sülh və təhlükəsizlik istəyirik. Afrika terror şəbəkələrinə sığınacaq deyil" - deyə, Seneqal prezidenti Maki Sall BMT-nin Baş Assambleyasının 72-ci toplantısında bildirib.

Lakin BMT-nin İnkişaf Proqramının araşdırmalarına görə, Afrika hökumətlərinin terrorizmlə mübarizə siyasəti insanları daha çox zorakı qruplara yönəldir.

“Estremizmə səyahət" adlı araşdırma 700 müsahibəyə əsaslanır. Onlardan 600-ü Keniya, Somali, Nigeria, Sudan, Kameron və Nigerdə könüllü və ya zorla eksremist qruplara üzv olanlardır.

Araşdırmalardan məlum olub ki, zorakılıq və ekstremizm yolunu seçənlərin çoxu yoxsul ailələrdən olan, təhsilsiz və yoxsulluğa məruz qalanlardır.

Zorakı hökumətlər insanları ekstremizmi seçməyə vadar edir.

BMT-nin hesabatında bildirilir ki, Afrika ölkələrinin çoxunda əks-terrorizm siyasəti siyasi müxalifət, media və vətəndaş cəmiyyətinin susdurulmasına xidmət edir.

2016 Qlobal Terrorizm Indeksi Afrikanın Böyük Səhraaltı ölkələrini Yaxın Şərq və Şimali Afrikadan sonra ən ekstrimal bölgə adlandırır. Əl-Qaidə və İslam Məqrəbi, habelə Boko Haram kimi qruplar regionda fəaliyyət göstərir.
Bu qrupların fəaliyyəti sərhədləri aşaraq öz ideologiyaları ilə yeni qruplaşmaların yaranmasına səbəb olur.

BMT-nin təxminlərinə görə, Afrikada 33 min adam zorakılıqların qurbanı olub.
Nigeriyada Boko Haram 20 min insanın qətli və 2.6 milyon dinc əhalinin məcburu köçkünə çevrilməsinə səbəb olub.

İnsan Haqları təşkilatları terrorizmin vüsət almasında hökumətləri tənqid edir.

Amnesty International Nigeria ordusunu işgəncələr, sərt hərbi mühakimələr və insanları Boko Haramla mübarizə adı altında evlərindən didərgin salmaqda günahlandırır.

Human Rights Watch Keniyada Əl-Şəbab qrupu ilə əlaqədə günahlandırılanların yoxa çıxmaları, işgəncələrə məruz qalmaları, fərdlərin döyülmələrinə dair ittihamlarla çıxış edir.

XS
SM
MD
LG