Accessibility links

BMT: Avropaya gələn miqrantların sayı azalsa da, ölənlərin sayı kəskin artıb


Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi məlumata görə, Avropaya gələn miqrantların sayı azalsa da, Aralıq Dənizini keçərək gələnlərin arasında ölənlərin sayı kəskin artıb.

Bu il ölənlərin sayı hər 18 nəfərdən bir olaraq 1095-dir. Təkcə iyun ayında gələnlərdən hər yeddi nəfərdən biri həyatını itirib.

Liviya hökumətinin miqrantları daşıyan gəmilərin çoxunu ələ keçirdiyi üçün, ölçülərdən yayınmağa çalışan qaçaqmalçılar çox vaxt insanların həyatlarını təhlükəyə atırlar.

Liviyadakı təzyiqlərə baxmayaraq, bir çox insan əlacsız qalaraq öz ölkələrindən qaçmaq və Avropaya gəlmək ümidi ilə Liviyaya keçirlər.

"Desperate Journeys" başlıqlı hesabatda deyilir ki, keçən il Aralıq Dənizini keçməyə çalışan 2776 nəfər, və ya hər 42 nəfərdən biri Aralıq Dənizini keçmək istəyərkən ölüb.

Bu il ölənlərin sayı hər 18 nəfərdən bir olaraq 1095-ə çatıb. Təkcə iyun ayında Avropaya gələn hər yeddi nəfərdən biri həyatını itirib.

"Desperate Journeys" verdiyi məlumata görə, bu il ərzində Liviyanı tərk etdikdən sonra 50 nəfərdən çox insanın ölməsi ilə nəticələnən 10 hadisə baş verib. Bu hadisələrdən yeddisi iyun ayında olub.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Avropa üzrə direktoru Paskal Moro “bu hesabat bir daha Aralıq Dənizinin dünyanın ən ölümcül dəniz keçidlərindən biri olduğunu təsdiqlədi”-yini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG