Accessibility links

Koronavirus peyvəndi ilə bağlı bərabərsizlik BMT Baş Assambleyasında diqqət mərkəzindədir


Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaphosa, Çad Prezidenti Mahamat İdris Debi və Uqanda Prezidenti Yoveri Museveni cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edəcək.

COVID-19 peyvəndlərinin əldə edilməsi Nyu Yorkda keçirilən illik toplantının əsas mövzularından biridir və Afrika ölkələrinin liderlərinin gün ərzində çıxış edən natiqlər siyahısının böyük hissəsini təşkil etdiyi üçün müzakirələrin diqqət mərkəzində olacağı gözlənilir.

Amerika Birləşmiş Ştatlarında olduğu kimi bəzi ölkələr əhalisi üçün peyvəndin geniş dozalarına sahib olsalar da, digər ölkələr aylardır COVID-19 peyvəndinin əldə edilməsində çətinlik çəkir.

Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin bildirdiyinə görə, əhalinin yalnız 4%-nə peyvəndin tam dozası vurulub.

Prezident Ramafosa çərşənbə günü Prezident Co Baydenin dünya boyu insanların vaksinasiya olunması səylərinin gücləndirilməsi məqsədilə çağırdığı virtual zirvə toplantısına qatılan liderlər arasında olub. Bayden dünya ölkələrinə ianə etmək üçün ABŞ-ın Pfizer şirkətinin 500 milyon doza peyvəndi aldığını bildirib.

"Dünya boyu tətbiq olunan təxminən 6 milyard peyvənd dozasının yalnız 2%-i 1,2 milyarddan çox insanın yaşadığı Afrika qitəsində tətbiq edilib. Bu, ədalətsizlik və mənəviyyatsızlıqdır" - deyə, Ramafosa bildirib.

Cümə axşamı çıxış edənlər arasında İraq Prezidenti Bərham Salih, Kuba Prezidenti Migel Diaz-Kanel Bermúdez, El-Salvador Prezidenti Nayib Bukele və İtaliyanın Baş naziri Mario Dragi də var.

Koronavirus pandemiyası bir sıra dünya liderlərinin çıxış etmək üçün şəxsən Nyu-Yorka getmək əvəzinə çıxışlarını əvvəlcədən yazmasına səbəb olub. Cümə axşamı ediləcək çıxışların təxminən yarısı əvvəlcədən yazılıb.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG