Accessibility links

Tramp BMT Baş Assambleyasının toplantısına qatılmayacaq


Ağ Evin adminstrasiya rəhbəri Mark Medovs prezident Donald Trampın gələn həftə keçiriləcək BMT Baş Assambleyasının toplantısına qatılmayacağını bildirib.

Medovs bu barədə açıqlamanı jurnalistlərə cümə axşamı Trampın Viskonsindəki seçki kampaniyasına gedərkən Air Force One təyyarəsində verib.

Dünya liderləri hər il Baş Assambleyanın toplantısına qatılır. Lakin bu il COVID-19 pandemiyası buna imkan verməyib.

Bir çox dövlət başçısı virtual toplantı üçün öncədən lentə alınmış mesajları göndərir. Lakin Trampın bu illik tədbirə mesaj göndərəcəyi və ya iştirak edəcəyi məlum deyildi.

Tramp dünyanın ən böyük sənaye ölkələrinin Böyük Yeddilik (G-7) toplantısına ev sahibliyi etmək istədiyini desə də, belə görünür koronavirus pandemiyası bu görüşün də həyata keçməsinə imkan verməyəcək. Tramp G-7 toplantısına noyabr ayında, ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra ev sahibliyi ietmək istədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG