Accessibility links

BMT baş katibi ABŞ və Çini iqlim dəyişikliyi məsələsində əməkdaşlığa çağırıb


BMT Baş katibi Antonio Quterreş cümə axşamı Çin və ABŞ-ı münasibətlərini "sıfırlamağa" çağırıb və onların iqlim dəyişikliyi ilə mübarizə kimi ortaq maraqlar üzərində əməkdaşlıq etməyi təklif edib.

"Aydındır ki, insan hüquqları baxımından bir razılaşma və ya ortaq bir baxış imkanı yoxdur" deyən baş katib bildirib ki, "Maraq dairələrinin getdikcə yaxınlaşdığı bir sahə var ki, mən iki tərəfi beynəlxalq ictimaiyyətlə bu məsələdə işləməyə çağırıram - bu da iqlim dəyişikliyi ilə mübarizədir."

Trump administrasiyası 2017-ci ilin iyun ayında ABŞ-ın Paris iqlim müqaviləsindən çıxacağını elan etdikdən sonra, Çin karbon tullantılarını azaltmağa davam edib.

Sentyabr ayında virtual keçirilən BMT-nin Baş Assambleyasındakı çıxışı zamanı Çin Prezidenti Şi Tsinpin Pekinin 2060-cı ilə qədər karbon tullantılarını sıfıra çatdırmağı hədəflədiyini bildirib.

ABŞ prezidenti Co Baydenin yeni administrasiyası da iqlim dəyişikliyi ilə mübarizəni özünün əsas prioritetlərindən birinə çevirib. Bayden keçmiş dövlət katibi Con Kerrini ABŞ prezidentinin iqlim məsələsində ilk elçisi təyin edərək onu milli təhlükəsizlik komandasının üzvü edib.

Virtual və fiziki olaraq hibrid formatdakı mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran BMT rəhbəri, Pekin və Vaşinqtonun noyabr ayında Şotlandiyada keçirilməsi planlaşdırılan Paris Sazişinin nəzərdən keçirilməsi ilə bağlı konfransa hazırlıqda "güclü şəkildə iştirak edəcəklərinə" "ümid etmək üçün səbəblərin olduğunu" bildirib.

Ağ Ev Vaşinqtonun iki ölkənin ciddi "strateji rəqabətində" apardığı bir vaxtda Çinlə münasibətlərə "yeni bir yanaşma" axtararkən səbr göstərdiyini bildirib.

BMT baş katibi iki güc arasındakı ticarət və texnologiya məsələlərinin mürəkkəb olduğunu, bunun "rəqabət və ya əməkdaşlıq" ilə nəticələnə biləcəyini qeyd də edib.

BMT-nin baş katibi iki qüdrət arasındakı ticarət və texnologiya məsələlərinin mürəkkəb olduğunu, bunun "rəqabət və ya əməkdaşlıq" ilə nəticələnə biləcəyini qeyd də edib.

XS
SM
MD
LG