Accessibility links

BMT Baş katibi Arseni Yatsenyukla görüşüb


BMT Baş katibi Ban Ki Mun Ukraynanın müvəqəti hökumətinin Baş naziri Arseni Yatsenyuk və Xarici İşlər nazirinin müavini Andrey Deşitse ilə görüşüb. Baş katib Ukraynada böhran, xüsusilə də Krımda vəziyyət və ölkənin şərqində gərginliyin artdığı ilə bağlı verilən məlumatlara görə dərin narahatlıq keçirdiyini bildirib.

Ban Ki Mun son günlər və həftələr böhranın həlli istiqamətində diplomatik səylərin intensivləşdirildiyini qeyd edib. Lakin o bildirib ki, gərginliyi artmasına yol verməmək üçün bütün tərəfərlə səy göstərməli, təhrikedici bəyanatlar verməməli və böhranın dinc yolla həllinə çalışmalıdır. BMT baş katibi Arseni Yatsenyuk və Andrey Deşitseni Rusiya ilə dialoq aparmağa çağırıb və Ukrayna üçün belə bir mürəkkəb vəziyyətdə onların təmkin nümayiş etdirməsinə yüksək qiymət verib. Cənab Ban həmçinin Ukraynanın bütün azlıqlara eyni imkanların verildiyi birlik prinsipi ilə idarə edilməsinin vacibliyini vurğulayıb.

BMT baş katibi deyib ki, Ukraynada böhranın dinc yolla həllində birgə səylərdə təşkilatın nizamnaməsi əsas götürülməli və orada qeyd edilən suverenlik, ərazi bütövlüyü, münaqişlərin dinc yolla həlli və insan hüquqlarına hörmət etmək prinsiplərinə əsaslanmalıdır.
XS
SM
MD
LG