Accessibility links

BMT baş katibi: "Təbiətə qarşı müharibə" dayandırılmalıdır


BMT-nin baş katibi Antonio Quterreş Madriddə iki həftə sürəcək qobal iqlim sammitindən öncə deyib ki, dünya “təbiətə qarşı müharibəni dayandırmalıdır” və iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox siyasi iradə olmalıdır.

Dünya boyu meşə yanğınları və sellərə qədər ekstremal hava şəraiti insan fəaliyyəti nəticəsində qlobal istiləşmə ilə əlaqədar olduğu üçün Madrid sammiti hava temperaturunun yüksəlməsini məhdudlaşdırmağa dair 2015-ci il Paris Sazişinin icrasını gücləndirmək məcburiyyəti qarşısındadır.

“Bizim təbiətə qarşı müharibə dayandırılmalıdır və biz bilirik ki, bu, mümkündür”, Quterreş bildirib.

Madrid iqlim sammiti dekabrın 2-dən 13-nə qədər sürəcək.

“Biz sadəcə olaraq, qazma və qazıntı işlərini dayandırmalıyıq və yenilənən enerji mənbələri və təbiətə əsaslanan həll yollarının verdiyi geniş imkanlardan faydalanmalıyıq”, Quterreş bildirib.

Paris Sazişi ilə qlobal istiləşmə səviyyəsini sənayenin inikişafından əvvəlki dövrdən 1.5 və 2 dərəcə Selsi yüksək səviyyədə məhdudlaşdırmaq nəzərdə tutulur. Lakin ölkələr hazırkı öhdəliklərini yerinə yetirdiyi halda qlobal temperaturun 3 dərəcə Selsi arta biləcəyi mümkün ola bilər. Alimlər bunun insanlıq üçün fəlakətli nəticələri ola biləcəyini bildirir.

Quterreşin sözlərinə görə, bir çox ölkələr hətta öz öhdəliklərinə belə əməl etmir və ortada siyasi iradə yoxdur.

Prezident Donald Tramp Birləşmiş Ştatların Paris Sazişindən bu ilin sonuna qədər çıxması prosesinə başlayıb. Dünyada ən çox istixanə qazları tullantılarına səbəb olan Çin, Hindistan, Rusiya və Braziliya isə öz öhdəliklərinə sadiq qalacaqlarına çox zəif işarə edib.

Dünyanın 70 ölkəsi 2050-ci ilə qədər öz üzərinə “karbon neytrallığı” və ya “iqlim neytrallığı” kimi məqsədə nail olmaq haqda öhdəlik götürüb. Bu isə o deməkdir ki, bu ölkələr istixanə qazları tullantılarını ağac əkmək və "karbon saxlamaq texnologiyası" kimi vasitələrlə balanslaşdırmağa çalışacaq.

Lakin Quterreş bildirib ki, təkcə vədlər kifayət deyil. O, dünyanın artıq “qlobal iqlim böhranı ilə qarşı-qarşıya” olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG