Accessibility links

BMT Baş Katibi insan hüquqları günü münasİbətİ ilə müraciət qəbul edib


BMT Baş Katibi insan hüquqları günü münasİbətİ ilə müraciət qəbul edib
BMT Baş Katibi insan hüquqları günü münasİbətİ ilə müraciət qəbul edib

İnsan Hüquqları Günü dünyanın hər yerində hüquq müdafiəçilərinin cəsarət və nailiyyətlərini alqışlamaq, onların fəaliyyətini müdafiə etmək istiqamətində daha çox işlər görməyi vəd etmək üçün bir fürsətdir

BMT-nin Baş Katibi Ban Ki Mun 10 dekabr beynəlxalq insan haqları günü münasibəti müraciət qəbul edib.

Baş katib bildirir ki, insan hüquqları azadlıq, sülh, inkişaf və ədalətin bünövrəsi, Birləşmiş Millətlər Təşkilatının dünyanın hər yerində apardığı işin özəyidir. “İnsan hüquqlarını müdafiə və təbliğ edən qanunların mövcud olması zəruridir. Lakin çox vaxt irəliləyişin səbəbkarı insanlar olur… cəsarətli qadın və kişilər... öz hüquqlarını və digərlərinin hüquqlarını qorumağa çalışan… hüquqları insanların həyatında reallığa çevirməyi qarşılarına məqsəd qoyan kəslər”.

O qeyd edir ki, İnsan Hüquqları Gününün bu ildönümünü həsr edildiyi insanlar məhz bu hüququn müdafiəçiləridir. “Hüquq müdafiəçiləri çox müxtəlif insanları əhatə edən bir qrupdur. Onlar vətəndaş cəmiyyətinin üzvü, jurnalist, hətta yaşadıqları yerdə baş verən pozuntuların fəaliyyətə təhrik etdiyi ayrı-ayrı vətəndaşlar ola bilər. Lakin, onların hamısı öz üzərinə hüquq pozuntularını ifşa etmək, ən həssas qrupları müdafiə etmək və cəzasızlığa son qoymaq üçün ortaq bir öhdəlik götürüb. Onlar azadlıq və insan ləyaqəti naminə ayağa qalxır, səslərini ucaldır, bu gün həm də “tvitter” kimi sistemlərdən istifadə edirlər”.

Ban Ki Munun fikrincə, hüquq müdafiəçilərinin diskriminasiyaya qarşı mübarizədə rolu həyati əhəmiyyət daşıyır. “Onlar baş vermiş pozuntu hallarını araşdırır, qurbanların ədalətə nail olmasına kömək edir və dəstək verirlər. Lakin bir çox hallarda onların işi dəhşətli risklə müşayiət olur. Müdafiəçilər təqiblərə məruz qalır, işlərindən qovulur və ya qeyri-qanuni olaraq həbs edilirlər. Bir çox ölkələrdə onlar işgəncələrə məruz qalır, döyülür və qətlə yetirilirlər. Onların dostları və ailə üzvləri də təqib və hədələrə məruz qalırlar. Qadın hüquq müdafiəçiləri isə əlavə risklərlə üzləşirlər, buna görə də onların əlavə dəstəyə ehtiyacları vardır”

Onun fikrincə, bu ilki İnsan Hüquqları Günü dünyanın hər yerində hüquq müdafiəçilərinin cəsarət və nailiyyətlərini alqışlamaq, onların fəaliyyətini müdafiə etmək istiqamətində daha çox işlər görməyi vəd etmək üçün bir fürsətdir. “İnsan hüquqları müdafiəçilərini qorumaq üçün ilk növbədə dövlətlər məsuliyyət daşıyır. Mən bütün dövlətləri onların fəaliyyətinə şərait yaradan ifadə azadlığı və sərbəst toplaşma azadlığını təmin etməyə çağırıram.

Hüquq müdafiəçilərinin həyatları təhlükədə olanda hər birimiz təhlükədə oluruq. Hüquq müdafiəçiləri susdurulduqda ədalətin özü boğulmuş olur. Bu ilki İnsan Hüquqları Günündə, gəlin, dünyanı daha ədalətli bir yerə çevirmək istəyənlərdən ilham alaq. Gəlin, unutmayaq ki, mənsəbindən, peşə hazırlığı və ya təhsilindən asılı olmayaraq hər bir kəs insan hüquqlarının müdafiəsi işində qələbələrə imza ata bilər. Odur ki, gəlin, bu gücdən istifadə edək. Gəlin, hər birimiz hüquq müdafiəçisi olaq”, - deyə baş katib qeyd edib.

XS
SM
MD
LG