Accessibility links

BMT baş katibi Qırğızıstanda danışıqlar aparıb


BMT baş katibi Qırğızıstanda danışıqlar aparıb
BMT baş katibi Qırğızıstanda danışıqlar aparıb

Nümayişçilər isə BMT-nin Bişkekdəki ofisi qarşısında toplaşaraq etiraz aksiyası keçirib

BMT baş katibi Ban Ki Mun danışıqlar aparmaq üçün Qırğızıstana gəlib. Fəallar isə BMT-nin Qırğızıstan paytaxtındakı ofisi qarşısında toplaşaraq etiraz aksiyası keçirib. Nümayişçilər Qırğızıstanda daha geniş azadlıqlara çağıran şüarlar səsləndirib və plokatlar qaldırıblar. Aksiya cənab Banla president Kurmanbek Bakiyevin görüşü zamanı BMT-nin paytaxt Bişkekdəki ofisi önündə baş tutub. Fəallar həmçinin baş katibi çıxış etməsi gözlənilər parlament binasının qarşısında da yürüş keçirməsi planlaşdırılıb. Səfərdən qabaq Jurnalistlərə Müdafiə Komitəsi Qırğızıstanda hökumətin müstəqin mediaya son basqılarını tənqid edib. Bu həftənin əvvəli polis televiziya stansiyasında reyd keçirərək avadanlıqları müsadirə etmişdi.

XS
SM
MD
LG