Accessibility links

BMT Baş Katibi İranda insan hüquqları ilə bağlı hesabat yayıb


BMT Baş Katibi İranda insan hüquqları ilə bağlı hesabat yayıb
BMT Baş Katibi İranda insan hüquqları ilə bağlı hesabat yayıb

Sənəddə deyilir ki, İranda 2010-cu ildə 252 nəfərin edam olunması rəsmən bildirilsə də, həmin il 300 nəfər də gizli şəkildə dar ağacından asılıb.

BMT Baş Katibi Ban Ki Mun İranda insan hüquqlarının vəziyyəti barədə illik hesabat yayıb.

“Media forum” saytının məlumatına görə, hesabatda bildirilir ki, İranda insan hüquqlarının pozulması daha sərt xarakter alıb: “İranda hüquq müdafiəçilərinə, qadın fəallara, jurnalistlərə və dinc müxaliflərə qarşı repressiyalar, təzyiqlər gündən-günə artıb və şiddətlənib. 2011-ci ildən başlayaraq ictimaiyyət qarşısında həyata keçirilən edamların sayı qat-qat artıb. Edamların bu şəkildə həyata keçirilməsi isə ölüm cəzasının qeyri insani, təhqiramiz və rəhimsiz mahiyyətini şiddətləndirir. Həmin edam olunanlar arasında siyasi məhbusların və 18 yaşına çatmamış uşaqların da olduğu haqda məlumatlar yayılıb.

2010-cu ildə 252 nəfərin edam olunması rəsmən bildirilsə də, həmin ildə 300 nəfər də Məşhəd şəhərinin Vəkilabad zindanında gizli şəkildə dar ağacından asılıb”.

Hesabatında İranda dini azlıq nümayəndələrinə, o sıradan da bəhailərə, müstəqil vəkillərə, kino xadimlərinə, qadın fəallara, jurnalistlərə və ayrı-ayrı dissident ziyalılara qarşı təzyiqlərin geniş vüsət aldığını vurğulayan Ban Ki Mun İran hakimiyyətini qadınlara qarşı təzyiqlərə son qoymağa, işgəncə və edamları dayandırmağa və insan hüquqları ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırır.

XS
SM
MD
LG