Accessibility links

BMT rəhbəri İsrail və Türkiyədən ibarət komissiyanın yaradılmasını təklif edir


Baş Katib Ban Ki-mun təklifi Türkiyə və İsrail rəsmiləri ilə müzakirə edib

İsrail rəsmiləri bildirir ki, BMT Baş Katibi Ban Ki-mun İsrail qüvvələrinin Qəzzaya istiqamət almış yardım gəmisinə reydini araşdırmaq üçün çoxmillətli komissiyanın təsis edilməsi barədə təklif irəli sürüb. BMT lideri Yeni Zelandiyanın baş naziri Ceffri Palmerin quruma rəhbər təyin edilməsini təklif edib. Komissiyada İsrail, Türkiyə və Birləşmiş Ştatlar nümayəndələrinin təmsil edilməsi planlaşdırılır. Cənab Ban bu təklifi həm Türkiyə həm də İsrail rəsmiləri ilə müzakirə edib. Mayın 31-də İsrail kommandolarının Mavi Marmara gəmisinə reydi zamanı 9 fələstinpərəst fəal öldürülmüşdü. Şənbə günü İsrail qüvvələri Qəzzaya yardım aparan Rachel Corrie gəmisinə nəzarəti dinc qaydada ələ alıblar.

XS
SM
MD
LG