Accessibility links

BMT-nin Baş Assambleyasında yenidən Yaxın Şərq problemi əsas mövzu olub


İranın nüvə proqramı, Suriyadakı vətəndaş müharibəsi əsas müzakirə mövzusu olub

Mahmud Əhmədinejad İran prezidenti kimi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında son dəfə çıxış edəcək.

Cənab Əhmədinejad ABŞ prezidenti Barak Obamanın Tehranın nüvə silahı yaratmaq səyləri barədə keçmiş xəbərdarlıqları yenidən vurğulamasından bir gün sonra çıxış edəcək. Cənab Obama problemin diplomatik yollarla həlli üçün vaxtın bitmək üzrə olduğunu bildirib.

Lakin Associated Press xəbər agentliyinə verdiyi müsahibədə cənab Əhmədinejad Amerika prezidentinin xəbərdarlıqlarını rədd edərək, Birləşmiş Ştatların dünya siyasətində hökmranlıq etməsinin çona çatdığını bildirib.

O, xəbər agentliyinə bildirib ki, “Allahın köməyi ilə yeni düzən formalaşacaq və bizi təcrid edən hər şeydən uzaq olacağıq.”

Cənab Əhmədinejadın İran prezidenti kimi ikinci dönəmi iyun ayında bitəcək. İran qanunlarına görə o, üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməz.

BMT-nin Baş Assambleyasında əsas diqqət Yaxın Şərqdəki iğtişaşlarla bağlıdır. Belə ki, Misirin yeni prezidenti Məhəmməd Mürsi beynəlxalq ictimaiyyət qarşısında ilk dəfə nitq söyləyəcək.

BMT-də bu həftə Suriyadakı vətəndaş müharibəsi əsas müzakirə mövzularından olub.
XS
SM
MD
LG