Accessibility links

BMT baş katibi Şimali Koreyanın nüvə silahları ilə bağlı siyasi həllə çağırır


BMT baş katibi Antonio Quterres bildirib ki, Şimali Koreyanın nüvə silahları ilə bağlı siyasi həll yolu tapılmalıdlr. O bildirib ki, hərbi əməliyyatların nəticələri haqda “hətta düşünmək belə dəhşətlidir”.

“Koreya yarımadasında gərginliklər on illər boyu görünməmiş bir səviyyədədir”, Quterres BMT-də keçirilən mətbuat konfransı zamanı bildirib.

“Gərginliklər artdıqca alnaşılmazlıq, düzgün hesablamamaq və eskalasiya riski də artır”, deyə o xəbərdarlıq edib.

Quterres deyib ki, buna görə də ritorikanı bir tərəfə qoyub, diplomatiyaya üz tutmaq mühümdür.

Koreya yarımadasında gərginliklər on illər boyu görünməmiş bir səviyyədədir”.
Antonio Quterres

Keçən həftə Şimali Koreya lideri Kim Con Unun Sakit okeanda ABŞ-ın ərazisi olan Quam yaxınlığında raket hücumu keçirməklə təhdid etməsindən sonra Birləşmiş Ştatlar və Şimali Koreya arasında gərginliklər daha da artıb.

ABŞ prezidenti Donald Tramp Pxenyanın bu addımı atdığı halda, Şimali Koreyanın bunun cavabında “dünyada indiyə qədər görünməmiş atəş və qəzəblə qarşılacağını” deyib.

BMT Təhlükəsizlik Şurası avqustun 5-də Pxenyana qarşı iyul atında iki qadağan edilmiş raket sınağı ilə əlaqədar yeni iqtisadi sanksiyalar tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG