Accessibility links

Bayden çoxtərəfli qlobal dünya görüşünün inkişafı üçün BMT sammitindən istifadə edəcək


Administrasiya rəsmilərinin sözlərinə görə, çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında dövlət başçısı olaraq ilk çıxışında ABŞ Prezidenti Co Bayden çoxtərəfli, diplomatiyaya əsaslanan dünya görüşünü təbliğ edəcək.

"Bu, Prezident Bayden və onun dünya səhnəsindəki liderliyi, Amerikanın milli təhlükəsizliyi, dünyanın daha geniş sülhü və rifahı üçün bəzi kritik prioritetləri irəli sürmək üçün vacib həftədir" - deyə, bazar ertəsi administrasiyanın yüksək səviyyəli rəsmisi jurnalistlərə açıqlamasında bildirib.

Bu mövqe sələfi Donald Trampın "Birinci Amerika " doktrinası ilə tam ziddiyyət təşkil edir.

Hər il keçirilən tədbir 193 üzvdən ibarət məclis üçün regional və qlobal əhəmiyyətli problemləri müzakirə etmək üçün bir fürsətdir.

Bayden bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının qərargahında 100-ə yaxın dövlət başçısının təkbətək görüşü üçün Nyu Yorka gedib. Çərşənbə axşamı çıxışından sonra Nyu-Yorkda Avstraliyanın Baş naziri Skott Morrison ilə birtərəfli görüş keçirəcək və günün sonunda Ağ Evdə danışıqlar üçün Britaniyanın Baş naziri Boris Cohsonu qəbul edəcək.

Ötən həftə üç ölkə Amerikanın nüvə sualtı texnologiyasını və Britaniyanın Hind-Sakit okean bölgəsindəki təhdidlərə qarşı Britaniya dəniz təcrübəsini təmin edəcək bir təhlükəsizlik paktı elan edib. Analitiklər bu addımı Çinin bölgədə artan nüfuzuna mane olmaq cəhdi kimi qiymətləndirirlər.

Birləşmiş Millətlər Təşkilatında Bayden Əfqanıstandan əsgərlərini geri çəkmə qərarı haqqında da danışacaq. Bazar günü Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş ABŞ və Çini onun fikrincə, potensial Soyuq Müharibədən geri çəkilməyə çağırıb və iki ölkədən "tamamilə işlək olmayan" əlaqələrini düzəltməsini istəyib.

Koronavirusun yayılması davam edərkən 193 üzvlü Birləşmiş Millətlər Tşəkilatının təxminən üçdə biri yenidən video göndərməyi planlaşdırır. Lakin prezidentlər, baş nazirlər və xarici işlər nazirləri ABŞ-a səfər etməlidir. ABŞ prezidenti Co Bayden toplantıda şəxsən iştirak edəcək. Bu, onun prezident seçilməsindən sonra BMT-də ilk çıxışı olacaq.

ABŞ Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının "super yayıcı bir tədbir" halına gəlməməsi üçün liderləri Nyu Yorka gəlməkdən çəkindirməyə çalışıb.

BMT-nin şərəf sistemi deyilən qaydaya görə akt zalına girən hər kəsin peyvənd vurdurduğunu bəyan etməsi lazımdır, ancaq sübut təqdim etmək məcburi deyil.

XS
SM
MD
LG