Accessibility links

BMT-nin İnsan Hüquqları Şurası Belarusu Rusiyanın Ukraynaya müdaxiləsinə yardım etməkdə günahlandırıb


BMT diplomatları Belarusu insan haqlarını pozduğuna və Rusiyanın Ukraynaya təcavüzünə yardım etdiyinə görə qınayıb. Diplomatlar Minski 2020-ci ildə keçirilən mübahisəli prezident seçkilərinin saxtalaşdırdığı ilə bağlı iddialara baxmayaraq, avtoritar Aleksandr Lukaşenkonun qələbəsindən sonra insan haqlarının "geniş və sistematik" pozulmasında ittiham edib.

Martın 17-də Belarusdakı seçkilər və Lukaşenko rejiminin müxaliflətə qarşı ölümcül repressiyalara dair hesabatla bağlı debat zamanı BMT-nin insan haqları üzrə komissarı Mişel Başele Lukaşenkonu “həddindən artıq güc” istifadə etməkdə və seçkilərə etiraz edən 13 mindən çox vətəndaşin həbsinə görə ittiham edib.

"Bizim ekspertiza göstərir ki, hökumət tənqidin bütün formalarını boğmağa, ədalət, və yol verilmiş pozuntularla bağlı həqiqətin qarşısını almağa fəal şəkildə çalışıb" - deyə, Başele bildirib.

“Belarus hökumətini bütün siyasi motivli məhbusları dərhal azad etməyə və davam edən insan haqları pozuntularına son qoymağa çağırıram” - deyə, o əlavə edib.

18 səhifəlik hesabatda deyilir ki, ayrı-ayrı şəxslər Belarus təhlükəsizlik qüvvələri tərəfindən “ardıcıl olaraq səbəbsiz və ya qeyri-mütənasib” şəkildə güc tətbiqi, həbslər, cinsi və gender zorakılıqları da daxil olmaqla, “işgəncə və ya pis rəftara” məruz qalıb.

"İnsan hüquqlarının pozulması, o cümlədən işgəncə və ya digər pis rəftar iddiaları ilə bağlı səmərəli araşdırma aparılmaması dövlətin beynəlxalq insan hüquqları üzrə öhdəliklərinə ziddir"- deyə, hesabtda vurğulanıb.

Beıarus isə hesabatın başdan ayağa ittiham eyham ittihamlarından ibarət olduğunu bildirib.

ABŞ Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının (UNHRC) səfiri Mişel Teylor da Lukaşenkonu Rusiyanın Ukraynaya qarşı “səbəbsiz müharibə”sinə dəstək verməkdə ittiham edib.

Rusiya Belarus ərazisindən həmsərhəd Ukraynaya hücumu üçün hazırlıq meydançası kimi istifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Qəzza Zolağında "kövrək" atəşkəs davam edir
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG