Accessibility links

BMT Belarus və Polşanı qaçqınlarla bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb


BMT-nin İnsan Haqları Тəşкилатı Belarus və Polşanı ümumi sərhədləri boyunca qapalı qalan qaçqın və miqrantlara qarşı dəhşətli rəftara son qoymağa və beynəlxalq insan haqları və qaçqınlarla bağlı qanunlar çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıb.

BMT-nin İnsan Haqları Qrupu vəziyyətlə yaxından tanış olmaq üçün noyabrın 29-dan dekabrın 3-dək bölgəyə səfər edib. Polşa rəsmiləri qrup üzvləri ilə görüşsə də, Belarus hökuməti onlarla görüşməyib.

BMT İnsan Haqları İdarəsinin sözçüsü Liz Trossel deyib ki, qrupu nüzvlərinə məhdud sərhəd bölgəsinə giriş icazəsi verilməyib. Bununla belə, onlar hökumət rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri və Belarus vasitəsilə Polşaya gəlmiş onlarla qaçqın və miqrantdan müsahibə alıb.

Onun sözlərinə görə, müsahibə verənlər sərhədin hər iki tərəfindəki ağır vəziyyəti təsvir edib.

“Onlarıpn əksəriyyəti Belarusda olarkən təhlükəsizlik qüvvələri tərəfindən döyüldüklərini və ya təhdid edildiklərini, həmçinin Belarus təhlükəsizlik qüvvələrinin onları sərhədi keçməyə məcbur etdiyini iddia edib. Miqrantlardan bir neçəsi Belarus təhlükəsizlik qüvvələrinin yemək və su üçün hədə-qorxu ilə pul tələb etdiyini, meşədə tək qalmaq qorxusundan, oradakı ağır şəraitə görə ölmək qorxusundan danışıb. Miqrantlardan biri oranın hamı üçün cəhənnəm olduğunu deyib” - deyə, Trossel bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatı Belarus-Avropa İttifaqı sərhədində çoxunun dondurucu hava şəraiti səbəbindən hipotermiyadan olmaqla, 21 miqrantın öldüyünü bildirib.

Avropa Komissiyası Belarusu Yaxın Şərqdən, Əfqanıstandan, Konqo Demokratik Respublikasından və digər ölkələrdən miqrantları Avropa İttifaqına asanlıqla daxil olmaq kimi yalan vədlərlə şirnikləndirərək, paytaxt Minskə gətirməkdə ittiham edir.

BMT-nin İnsan Haqları İdarəsi hər iki ölkənin hökumətini insan haqları və humanitar fəaliyyət göstərən şəxslərə, o cümlədən jurnalistlərə, hüquqşünaslara və vətəndaş cəmiyyəti nümayəndələrinə sərhədyanı ərazilərə girişə icazəsi verməyə çağırıb.

XS
SM
MD
LG