Accessibility links

BMT Belarusu həbs olunan dinc nümayişçiləri sərbəst buraxmağa çağırır


BMT-nin İnsan Haqları İdarəsi Belarus rəsmilərini saxtalaşdırıldığı iddia olunan prezident seçkilərindən bəri iki həftədir davam edən hökümət əleyhinə etirazlar zamanı qanunsuz həbs olunan bütün insanların dərhal sərbəst buraxılmasına çağırıb.

Saxlanılan minlərlə insandan çoxunun azadlığa buraxıldığı bildirilir. Lakin BMT-nin insan haqları müşahidəçiləri 100-dən çox insanın hələ də həbsdə olduğunu bildirir. Onlar cinayət əməllərində ittiham olunan təxminən 60 nəfərlə bağlı xüsusi narahatlıqlarını ifadə ediblər, çünki bu ittihamlar ağır həbs cəzaları ilə nəticələnə bilər.

BMT-nin insan haqları sözçüsü Liz Trossel deyib ki, onun idarəsi xüsusilə də yeri bilinməyən azı səkkiz nəfərin aqibətindən naharatdır. O, kütləvi həbslər səbəbilə saxlanılanlar barədə məlumat əldə etməyin çətin olduğunu bildirib.
Buna baxmayaraq o deyib ki, Belarusun hərtərəfli, dəqiq məlumatların toplanmasını təmin etmək kimi bir öhdəliyi var. O, ailə üzvləri və vəkillərə saxlanılan şəxslərin harada olduqları ilə bağlı məlumatın verilməli olduğunu bildirib.

“Həbslər zamanı insanlara, o cümlədən jurnalistlərə, xüsusilə də uşaqlara qarşı pis rəftar və kütləvi işgəncələrlə bağlı iddialar üzə çıxır. Buna görə də, biz indiyədək bu iddiaların araşdırılması və cavabdeh olanların məsuliyyətə cəlb edilməsi üçün heç bir addımın atılmadığına görə narahatıq,” Trossel deyib.

Avqustun 9-da minlərlə etirazçı Minsk küçələrinə axışaraq Avropanın son diktatoru kimi tanınan Aleksandr Lukaşenkonun seçkini oğrurladığını iddia ediblər. İğtişaş polisinin etirazçıları dağıtmaq üçün atdığı zorakı addımlara baxmayaraq Lukaşenkonun istefası tələbi ilə davam edən nümayişlərin səngiyəcəyinə dair işarə yoxdur.

Trossel deyib ki, insanların ifadə azadlığı və azad toplaşmaq hüquqları var. O deyib ki, hökümət bu hüquqları boğmaq deyil, onlara imkan yaratmaq üçün addımlar atmalıdır.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG