Accessibility links

BMT rəhbəri iqlim dəyişikliyi üzrə xüsusi nümayəndə təyin edib


Sabiq siyasətçi və milyarder biznesmen Maykl Blumberq
Sabiq siyasətçi və milyarder biznesmen Maykl Blumberq

BMT baş katibi Antonio Qutteres Nyu Yorkun sabiq meri Maykl Blumberqi iqlim dəyişikliyi ilə bağlı özünün xüsusi nümayəndəsi təyin edib.

Sabiq siyasətçi və milyarder biznesmen növbəti il keçiriləcək BMT İqlim Sammitinin təşkilinə cavabdeh olacaq. Bu zirvə toplantısı zamanı istixana qazlarının azaldılması məqsədi qoymuş 2015-ci il Paris İqlim Sazişinin nəticələri nəzərdən keçiriləcək.

Maykl Blumberq, İqlim Dəyişikliyi üzrə BMT-nin xüsusi nümayəndəsi:

“Vaxtaşırı bizim hökümət, ya da kı, digərləri elə səslənirlər ki, onlar bu razılaşmalara əməl etmək istəmirlər. Lakin düşünürəm ki, uzunmüddətli baxanda Amerika BMT-yə öz dəstəyini ifadə edib. ABŞ BMT-nin liderlik etdiyi prosesi dəstəkləyir. ”

Blumberq prezident Trampın ABŞ-ın Paris İqlim Sazişindən çıxması qərarını dəyişəcəyinə ümid etdiyini deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG