Accessibility links

BMT Çini insan haqlarını pozduğuna görə tənqid edib


BMT Çini insan haqlarını pozduğuna görə tənqid edib
BMT Çini insan haqlarını pozduğuna görə tənqid edib

Birləşmiş Millətlər Təşkilatı Çini fikir ayrılığını sərt şəkildə boğduğuna görə sərt tənqid edib.

Bu haqda bəyanatı BMT-nin İnsan Haqları üzrə Komissarı verib. Onun sözlərinə görə repressiyalar insan haqları müdafiəçilərinin susdurulmasına yönəlmiş cəhddir.

Bu həftə Çin məhkəməsi yazıçı və demokrat fəal Li Teni bu həftə 10 illik həbs cəzasına məhkum edib. Bu yaxınlarda yazdığı essedə Te vətəndaşları öz hüquqlarını qorumağa çağırmışdı. Li dövlət hakimiyyətini sıradan çıxarmaq ittihamı ilə məhkum olunub.

BMT-yə əsasən Li dekabrdan bəri uzun həbs müddətinə məhkum edilmiş dördüncü çinli dissidentdir.

Bundan əvvəl Çin məhkəmələri siyasi fəallar Çen Vey, Çen Şini 10 ilə yaxın həbs cəzalarına məhkum etmişdilər.

XS
SM
MD
LG