Accessibility links

BMT dünya ölkələrini dərmanlar və vaksinlərin hazırlanmasını sürətləndirməyə çağırır


BMT-nin Baş Katibliyi pandemiyaya qarşı mübazirə aparacaq dərmanlar və vaksinlərin hazırlanması və onlaraq çıxışı sürətləndirmək üçün qlobal addımların atılmasına çağırıb. Ümumdünya Səhiyyə Təşkilatı isə çərşənbə günü xəbərdarlıq edib ki, koronavirus səbəbilə tətbiq olunan karantin rejimlərini yüngülləşdirilməyə tələsmək virusun yenidən yayılmasına gətirib çıxara bilər.

BMT-nin qətnaməsi baş katib Antonio Quttereşi bütün insanların, xüsususilə də inkişaf etməkdə olan ölkələrdəki insanların, testlərə, tibbi avadanlıqlara, dərmanlara və gələcəkdə vaksinlərə bərabər və vaxtə-vaxtında çıxışının olmasını təmin etmək üçün ÜST ilə birlikdə işləməyə və tövsiyyələr verməyə çağırıb.

Afrika rəsmiləri 54 ölkənin yerləşdiyi qitədə tibbi ləvazimatlara ehtiyacın olduğunu açıq bildirib. Orada səhiyyə sistemləri tarixən az maliyyələşdirilib. BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının ötən həftə dərc etdiyi hesabata əsasən, Afrikanın hətta ən yaxşı halda belə testlər, qorucu avadanlıqlar və koronavirus müalicəsi üçün 44 milyard dollara ehtiyacı var. Ən pis halda isə qitənin 446 milyard dollara ehtiyacı ola bilər.

ÜST bildirir ki, 43 Afrika ölkəsində COVID-19 pasientlərini müalicə etmək üçün reanimasiya şöbələrində yataqların sayı 5.000-dən azdır. Bu isə hər bir milyon insan üçün beş yataq deməkdir. Avropada isə hər 1 milyon nəfərə 4.000 yataq düşür.

Afrikada qitə boyu 23 mindən çox yoluxma halı, 1100 ölüm halı qeydə alınıb. Rəsmilər bu həftə testləri kəskin artıracaq və məqsəd növbəti dörd həftə ərzində 1 milyon insanı test etməkdir.

ÜST-ın Qərbi Sakit Okean region üzrə direktoru Dr. Takeşi Kasai deyib ki, məhdudiyyələr tədricən yüngülləşdirilməlidir.

Danimarka, Avstriya, İspaniya və Almaniya kimi bəzi Avropa ölkələri məhdudiyyətləri təcridən yüngülləşdirməyə başlayıb və saç ustaları, diş həkimləri, inşaat işçiləri daxil olmaqla bəzi insanların işlərinə geri dönmələrinə icazə verib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG